manera.az
manera.az

Şövkət Zərin Horovlu - "Peşmançılq"

“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Şövkət Zərin Horovlunu təqdim edir:

Şövkət Zərin Horovlu - "Peşmançılq" Xanım yazar Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlib. ADU-nin filologiya fakültəsində təhsil alıb. “Qızıl qələm” “Rəsul Rza”, mükafatına layiq görülüb. 2010-cu ildə “ Arazdan gələn səs” romanı “İlin kitabı” elan olunub, Türk ocağı, Mahmud Kaşğari adına Beynəlxalq fondun mükafatı və diplomu ilə təltif olunub.
2013-cü ildə “Yeddinci sevinc” adlı (uşaqlar üçün) kitabı işıq üzü görüb.
Pedaqoji fəaliyyətində fərqləndiyi üçün Təhsil Nazirliyinin “ Fəxri fərman” və diplomuna layiq görülüb.


"Peşmançılq"


Güllü-çiçəkli, günəşli yay günlərini Yaqub çox sevirdi. Hər il yay gələndə atası onu özü ilə Xocalıdakı ata yurduna, babasının yanına aparardı. Babası tək yaşadığı üçün bütün yayı onun yanında qalırdı. Xocalının gözəl təbiəti, sərin bulaqları, ətrafı bürüyən yamyaşıl meşələri Yaqubun çox xoşuna gələrdi. O, balaca olduğuna görə, babası onu meşəyə buraxmazdı.
Özünün becərdiyi bağ-bostanı gəzmək ona kifayət edərdi. Yaqub ağacların haçasında, kolların dibində quş yuvası axtarmağa vərdiş eləmişdi.
Aydın bir yay səhəri idi. Sübh tezdən çiçəklərin, otların üstünə düşən şeh damcıları sübhün mehindən elə titrəşirdilər ki, sanki dəniz dalğalanırdı. Bu şehin içində quşlar ara vermədən oxuyur, şən səsləri bağı bürüyürdü.
Yaqub babasından qabaq yuxudan durmuşdu. O, yenə koldan kola hoppanır, ağaclara dırmaşır, çardağa qalxır, quş yuvası gəzirdi. Birdən gözü bir arı pətəyinə sataşdı. Yerdən ağac götürüb arının şanını yerə saldı. Arılar ətrafa dağıldılar. Yaqubun üz-gözünü elə sancdılar ki, dodaqları, burnu şişib, onu gülünc vəziyyətə saldı. Səsəinə babası evdən çıxıb, bağa yüyürdü. Yaqubu götürüb, kənd həkiminə çatdırdı. Yaqub bir həftə çölə çıxıb uşaqlarla oynaya bilmədi. O, dəhlizdə oturub fikirli-fikirli ətrafa baxırdı. Birdən təzəcə bala çıxarmış toyuğu gördü. Toyuq yumurtadan çıxmış balalarını qanadlarının altına toplayıb onları kölgələndirirdi. Yqub tez atılıb toyuğu kənara çəkdi. Ətcə alanın birin götürüb, oynamaq istəyəndə, ana toyuq atılıb dimdiyi ilə Yaqubun gözünün düz altından vurdu. Onun üz-gözü al-qana boyandı. Babası heç nə başa düşmədi. Günahı toyuqda görüb, xeyli vaysındı.
İki gün keçmişdi. Yaqub evin damına toplaşan sığırçını, sərçələri görüb, sevindi. Nərdivanı qoyub, ora dırmaşdı. Sığırçının yuvasını dağıdıb, yerə atdı. Balalarını papağına yığma qistəyəndə, babasının səsini eşitdi. Sən demə, babası kənardan hər şeyi görürmüş. O, yerə düşən yuvanı götürüb dama qalğdı. Yqub əlində ətcəbalaları oynadır, ana sığırçının fəryadına isə heç məhəl də qoymurdu. Yaqub babasını görüb başını qaldırdı. Heç nə olmamış kimi ətcəbalaları babasına göstərəndə, onun acıqlı baxışları ilə rastlaşdı. Xəlil baba onları Yaqubdan alıb yuvaya qoydu. Yerə tökülən saman çöpələrini toplayıb, yuvanı əvvəlki kimi düzəltdi.
Ana sığırçın səsini kəsmişdi. Babası Yaqubun qolundan tutub, acıqlı-acıqlı damdan düşürdü.
- Bizim bu evimizi dağıtsalar, ya da yandırsalar necə olar, bala?!-deyə nəvəsinin düz gözünün içinə baxdı.
- Evsiz də adam olar, baba?- Yaqub ağlamsınmış halda babasına sarı döndü.
- O yuv da onların evidir, oğlum, onu dağıtmaq olmaz. İnsanlar kimi quşlar d aisti yuvalarında yaşamağı sevirlər.Yuvalarından ayrı düşsələr, yaşaya bilməzlər. Qırılıb məhv olarlar.
Aradan illər keçmiş, Yaqub böyümüşdü. 5-ci sinifdə oxuyurdu. Qış tətili başlayan kimi yenə babasının yanına gəlmişdi. Yay ayları kimi, Xocalının qışı da gözəl olurdu. Hər tərəfdən Xocalını bürüyən sıldırım dağlar, meşələr qardan ağappaq köynək geyinmişdi. Çayların, bulaqların nəğməsi eşidilmirdi. Hər tərəfdə səssizlik hökm sürür, bacalardan qalxan tüstü şəhərin üstünə yayılıb, ətrafa xüsusi gözəllik verirdi. Qarda sürüşən uşaqların şən səsi dağlarda, daşlarda cingildəyərk əks-səda verirdi.
Yaqub həyətlərinə yağan qarı kürüyüb, babasına xeyli kömək etmiş, yorğun olduğundan sobanın yanında şirin yuxya getmişdi. Gecə yarısı idi. Qarın işığı olmasa idi, qaranlıqda heç nə görmək mümkün olmazdı. Gündüzdən fikirli görülən babasından heç nə soruşmamışdı. Xəlil kişi də son vaxtlar ermənilərin şəhərə tez-tez basqın etdiklərindən, cavanların gecə-gendüz şəhərə keşik çəkdiyindən ona bir söz deməmişdi. Bir həftə ona qonaq gələn nəvəsinin qanını qaraltmaq istəməmişdi. Hər ehtimala qarşı öz ov tüfəngini yanına qoyub, yatmışdı. Şəhərin üstünə o gecə, elə bil, ölüm sükutu çökmüşdü. Birdən açılan güllələrin, nərildəyən topların, tankların səsi Yaqubu byuxudan oyatdı. Qadın, qoca, uşaq çığırtısından qulaq tutulurdu. Onlar geyinənə qədər, evlərinə düşən qraddan qalxan alov qapı-pəncərəni bürüdü. Tüstüdən içəridə bir-birlərini görə bilmirdilər. Xəlil kişi yerdən qalxa bilmir, tüstü onu boxurdu. Alov otağın divarını, tavanını bürümüşdü.

Xəlil kişi ancaq bir söz deyə bildi: Tüfəngi götür, meşəyə qaş. Məndən nigaran qalma. Mənimki bura qədər imiş. Ölsəm də öz evimdə ölüm. Yaqub babasını sürüyüb evdən çıxara bilmirdi. Üz-gözü, saçları ütülmüşdü. Paltarı od tutub yanırdı. Yaqub özünü bayırdakı qarın üstünə atdı. O diçində yanan babasının səsi qulaqlarından getmirdi. Sürünə-sürünə özünü meşəyə çatdırdı. Vaxtı ilə dağıtdığı quş yuvaları, babsının dediyi sözlər yadına düşdü. Babsının yanan evinə baxıb, üzünü qara söykəyib, xeyli ağladı. Babasının yurdunu yandıran erməni faşistlərinə kini nifrəti sinəsində dəli çayla rkimi aşıb-daşdı. Uşaqlıqda elədikləri üçün peşimançılıq çəkdi.

Manera.az
Şövkət Zərin Horovlu - "Peşmançılq"

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031