manera.az
manera.az

Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı

Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Şəki əslli Türkiyəli şair-publisist Coşğun Qarabulud və xanımı Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin dəvəti ilə oktyabrın 8-dən Azərbaycanda səfərdədir.

MANERA.AZ-ın məlumatına görə, oktyabrın 9-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edən qardaş ölkə ədibi və onu müşaiyət edən şəxslər, daha sonra Şəkiyə yola düşüblər.

Yolüstü Qobustan rayonu ərazisində yerləşən Qafqaz Türk-İslam Ordusu zabitinin tənha məzarı da ziyarət edilib.

Oktyabrın 10-da qonaqlar Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfinən qəbul edilib. Şəki rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov Coşqun Qarabuludun öz dədə ocağına səfərini yüksək qiymətləndirib, onunla tanışlığından məmnunluğunu ifadə edib. Şəki şəhərinin tarixi, mədəniyyəti, infrastrukturu, eləcə də digər sahələri haqqında geniş məlumat verib.

Görüşdə həmçinin, Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və başqaları çıxış edərək zəngin proqramlı bu səfəri Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində irəliyə atılmış addım kimi qiymətləndiriblər.

Daha sonra C.Qarabulud səfərin təşkilinə, eləcə də şəhər rəhbərliyi tərəfindən göstərilən diqqətə görə təşəkkür edib. Vurğulayıb ki, uzun iillər sürən həsrət sona yetdiyi üçün çox xoşbəxtdir.

Sonda şair şəhər rəhbərliyi üçün kitablarını imzalayıb. Qurum rəsmiləri də öz növbələrində qonağa Şəkinin tarix, etnoqrafiya və mədəniyyətindən bəhs edən nəşrlər təqdim ediblər.

Ardınca nümayəndə heyəti Şəkinin tarixi yerlərini ziyarət edib, Şəki Xan Sarayı, mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin yaxın günlərdə qapılarını ziyarətçilərə açacaq ev muzeyini ilə tanış olublar.

Oktyabrın 11-də Şəki Dövlət Regional Kollecində qonağın şərəfinə musiqili proqam nümayiş etdirilib. Tədbirdə çıxış edən Ə.Qoşalı iştirakçılara C.Qarabuldun həyat və yaradıcılığından söz açıb.

Sonra çıxış edən C.Qarabulud öz yaradıcılığından, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqlərindən söz açıb, şeirlərini oxuyub.

Bundan başqa, tədbirdə Şəki rayon İH-nin şöbə müdiri Zərinə Cavadova, “Şəki” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Salam, kollecin direktoru Sərdar Şərifov, şairlər Elşən Əzim, Akəm Xaqan, Nazilə Gültac çıxış ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

C.Qarabuludla növbəti görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında olub. Akt zalında baş tutan tədbiri giriş sözü ilə filialın direktoru Rafiq Rəsulov açıb.

Qonaqları Şəkidə, o cümlədən, rəhbərlik etdiyi elm-təhsil müəssisəsində görməkdən şad olduğunu deyən direktor universitetdə şeirə, sənətə, sözə böyük önəm verildiyini qeyd edib, filialın zəngin kitabxanası olduğunu diqqətə çatıdırıb.

Tədbirdə həmçinin, filialın baş müəllimi, tanınmış şair Vaqif Aslan, Ə.Qoşalı, A.Salam, A.Xaqan, N.Gültac, tələbələr çıxış edib, öz ürək sözlərini iştirakçılarla bölüşüblər.

Görüşdə C.Qarabulud mühazirə oxuyub, öz şeirlərindən bir neçəsini deyib, tələbələr üçün kitab imzalayıb.

Qeyd edək ki, C.Qarabulud və onu müşaiyət edən heyət iştirakı ilə növbəti görüşlər, oktyabrın 13-də və 14-də Bakıda və Sumqayıtda keçiriləcək..../parafr.az/
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandı
Coşqun Qarabulud Şəkidə coşqu ilə qarşılandıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728