manera.az
manera.az

Şəki teatrından ortaq tədbirlər/ MANERA.AZ

📅 12.04.2017 12:54

Şəki teatrından ortaq tədbirlər/ MANERA.AZ


12-15 aprel 2017-ci il tarixlərində Bakı və Şəki şəhərində qardaş Qazaxıstan və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “TÜRKSOY”- un dəstəyiylə Qazaxıstan Respublikası Kızılorda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcəkdir.

Günlərin keçirilməsində əsas məqsəd böyük çöllər ölkəsinin mədəniyyət və incəsənətinin yaxından tanıdılması, Azərbaycan və Qazaxıstan respublikaları arasında uzunmüddətli dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin flarmoniya və teatrın yaradıcı kollektivləri arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsidir.

Mədəniyyət və incəsənət günlərinin proqramına Kızılorda vilayətinin filarmoniyasının konserti və N. Bekejanov adına Qazax Dram Teatrının quruluşunda M. F Axundzadənin “ Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat” əsəri əsasında hazırlanmış “Getməyəcəksən! Vəssalam, getməyəcəksən” teatr tamaşası daxil edilmişdir.

Mədəniyyət və incəsənət günlərində Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulmuşdur
Tədbirlər proqramı çərçivəsində Kızılorda vilayət flarmoniyasının konserti 12 aprel tarixində Bakı şəhəri, Azərbaycan Dövlət Musiqili teatrında, tamaşanın nümayişi isə S. Vurğun adına Rus Dram Teatrında baş tutacaqdır. Mədəniyyət bə incəsənət günləri 13 və 14 aprel tarixlərində Şəki şəhərində, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında davam etdiriləcəkdir.

Xatırladaq ki, nümayiş etdiriləcək tamaşanın məsləhətçisi Azərbaycan Respublikasının əməkdar xadimi, S. Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlidir.


MANERA.AZ


Baxış sayı - 1 598 | Yüklənmə tarixi: 12.04.2017 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031