manera.az
manera.az

Müəllimlər Günü qeyd edilib | MANERA.AZ

📅 06.10.2016 10:00

Müəllimlər Günü qeyd edilib | MANERA.AZ

İsmayıllı rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri Gülüstan Şadlıq sarayında Tən-tənəli şəkildə keçirilib.

Rayon İcra Hakimiyyəyəti aparatının əməkdaşlarının, qabaqcıl və veteran müəllimlərin iştirak etdikləri tədbirdə çıxış edənlər ölkəmizdə bu şərəfli peşə sahiblərinə göstərilən diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, İsmayıllıda təhsil sahəsində qazanılan uğurlardan bəhs ediblər.
Müəllimlər Günü qeyd edilib | MANERA.AZ
Tədbirdə bir neçə müəllimin fəxri ad alması və rayonun Cülyan kəndinin İnglis dili müəllimi Şərafət Bayramovun “Tərəqqi” medalı ilə təltif olunduğu diqqətə çatdırılıb.
Bir neçə qabaqcıl müəllimə rayon icra hakimiyyətinin Fəxri Fərmanıları və diplomları verilib. Habelə 65 yaşı tamam olmuş müəllimlərə qiymətli hədiyyələr təqdim olunub, onlar təqaüdə yola salınıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Elnarə Günəş




Baxış sayı - 1 755 | Yüklənmə tarixi: 06.10.2016 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031