manera.az
manera.az

Kukla Teatrının yeni mövsümdə ilk premyerası

Kukla Teatrının yeni mövsümdə ilk premyerası
Sentyabrın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümdə ilk premyerasını keçirib.

Manera.az xəbər verir ki, bu dəfə teatrın yaradıcı heyəti balaca teatrsevərlərə məşhur rus xalq nağılı “Durna balığının əmri ilə” səhnə əsərini təqdim edib. Tamaşa teatrın rus bölməsi tərəfindən hazırlanıb.

Teatrın rejissoru Anar Məmmədov tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadur.

Tamaşada balaca teatrsevərlər üçün əsl nağıllar aləmini xatırladan bir sehrli mühit yaradılıb.

Səhnə əsərində rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Bu üçlük ümumilikdə tamaşada 7-dən artıq personajı canlandırmaqla eyni zamanda iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930