manera.az
manera.az

Qulu Ağsəsin "Dan yeri" kitabı ingilis dilində | MANERA.AZ

📅 14.04.2016 12:05

Qulu Ağsəsin "Dan yeri" kitabı ingilis dilində | MANERA.AZ
"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub.

Bu barədə Qulu Ağsəsin MANERA.AZ-a verdiyi məlumata görə, "Dawn” (Dan yeri) adlanan kitabı ingiliscəyə tanınmış tərcüməçi Kamran Nəzirli çevirib.

Kitabın "Ön söz”ünün müəllifi də Kamran Nəzirlidir.

Kitaba şairin yeni şeirləri daxil edilib. Kitab "Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" ("Müasir Azərbaycan şeiri”) seriyasına daxildir.

Qeyd edək ki, Qulu Ağsəsin şeirləri indiyədək türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. "Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir.


Baxış sayı - 2 084 | Yüklənmə tarixi: 14.04.2016 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031