manera.az
manera.az

Köhnə darıxmaqdı bu- Eminquey Akifin şeiri

📅 18.07.2017 13:52

Köhnə darıxmaqdı bu- Eminquey Akifin şeiri


Eminquey Akif

başqa nə var, başqa nə yox, soruşma,
köhnə təklik, köhnə darıxmaqdı bu.
gəl, bir gün özün bax qadın gözüylə
gör nə təklik, gör nə darıxmaqdı bu.

boğazım sıxılır qəhər əliylə,
üzülmür ayağım yerdən hələ ki.
arabir yadımdan çıxır gedənlər,
yəni, dincəlirəm hərdən hələ ki.

yuxum da yozulur darıxmağa, qız,
tərslikdən hamısı hələ çin çıxır.
sevgi çıraq imiş, nə cin, nə arzu
içindən darıxan Ələddin çıxır.

gərək qulağını burum bu ömrün,
bəlkə bir gün gələ ağıl başına.
bir adam verirsən, darıxmaq düşür,
kül olur bu ömrün nağıl başına.

gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,
keçir düz yanımdan görməmiş kimi.
tənhalıq elə bir divdi ki, ömrü,
yeyir harda tutdu görməmiş kimi.
de, görün bu necə ömürdü axı,
hamıya bir nağıl yazısı düşür.
çıxıb gedənlər də demir bu ömrə
neçə il darıxmaq cəzası düşür.

başqa nə var, başqa nə yox soruşma,
hələ ki, birtəhər darıxıram da.


Baxış sayı - 4 748 | Yüklənmə tarixi: 18.07.2017 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031