manera.az
manera.az

27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür

📅 27.06.2017 10:59

27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür

Azərbaycan teatrının və kinosunun əfsanəsi

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik,faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın teatr və kino sənətinin titan aktyorlarından Səyavuş Aslanın anım günüdür.Sənətkarın vəfatından 4 il ötür

Qeyd edəki,Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.[2] 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir daha sonra teatrda Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov),İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov),Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə),Şubay ("Ulduz", Sabit Rəhman),Dadaşbala ("Hicran", Sabit Rəhman),Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov),Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov),Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov) Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur.
27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru heyətində çalışır və teatrda Mindilli ("Nişanlı qız", Sabit Rəhman),Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov),Luka ("Həyatın dibində", Maksim Qorki),Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt),Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı),Ağaəli ("Günah", Rəhman Əlizadə),Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə),Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev),Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri),Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov),
Əsdulla ("Ah, Paris… Paris!..", Elçin),Kişi ("Mənim ərim dəlidir", Elçin),Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),Poloni ("Hamlet", Uilyam Şekspir),Sarı ("Varlı qadın", Əli Əmirli), Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani) Səyavuş Aslan

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.

Sevilən aktyor ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib.II-ci Fəxri xiyabanda dəfn olunub.

Turan Etibaroğlu
MANERA.AZ




27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür

27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür

27 İyun- görkəmli Səyavuş Aslanın anım günüdür


Baxış sayı - 2 409 | Yüklənmə tarixi: 27.06.2017 10:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031