manera.az
manera.az

Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək - MANERA.AZ

📅 03.11.2015 10:57

Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək - MANERA.AZ
Akademik Milli Dram Teatrında əfsanəvi gülüş ustası, xalq artisti Səyavuş Aslanın noyabrın 24-də 80 illik yubileyi keçiriləcək.

Tədbirdə sənətkarın yaxınları və həmkarları iştirak edəcək.

Qeyd edək ki, Səyavuş Aslan 1935-ci ilin sentyabr ayının 5-də Bakıda anadan olub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət Musiqili Komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II-ci Fəxri Xiyabandan dəfn olunub.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 369 | Yüklənmə tarixi: 03.11.2015 10:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031