manera.az
manera.az

18 May-Ofeliya Aslanın anım gündür.

📅 18.05.2017 11:52

18 May-Ofeliya Aslanın anım gündür.


Bu gün tanınmış aktrisa, bir çox komik rolların mahir ifaçısı Ofeliya Aslanın anım günüdür.Ofeliya Aslanın vəfatından 7 il ötür.

Qeyd edək ki, Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Getdikcə püxtələşən aktrisa "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. 47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib.

Ofeliya Aslan görkəmli teatr və kino xadimi Azərbaycan SSR xalq artisti Rza Əfqanlının qızı və görkəmli teatr,kino xadimi sevilən sənətkar Xalq artisti Səyavuş Aslanın həyat yoldaşı olmuşdur.

2010-cu il mayın 18-i Aktrisa 71 yaşında ürək çatışmazlığından vəfat edib və köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.


Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 381 | Yüklənmə tarixi: 18.05.2017 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031