manera.az
manera.az

Elçinin “Baş” romanı Moldovada nəşr olunub

📅 20.06.2017 10:59

Elçinin “Baş” romanı Moldovada nəşr olunub
Xalq yazıçısı Elçinin “Baş” romanı qısa müddət ərzində respublikamızın hüdudlarından kənarda da geniş yayılmağa başlamış, beynəlxalq ədəbi marağa səbəb olmuşdur. Roman Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında rus dilində nəşr edildikdən sonra, kütləvi oxucular üçün nəzərdə tutulmuş “Roman-qazeta” da iyun nömrəsini bütövlükdə “Baş” romanının çapına həsr et şdir.

Manera.az xəbər verir ki, bu günlərdə isə Kişinyovun “Editura ARS” nəşriyyatı “Baş” romanını moldav dilində nəfis şəkildə nəşr edib. Əsəri moldav dilinə Aleksandru Vakulovski tərcümə edib.

Hazırda roman türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında çapa hazırlanır.


Baxış sayı - 1 444 | Yüklənmə tarixi: 20.06.2017 10:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031