Sabah Azərbaycan kino tarixində ilk çəkilmiş qorxu filmi olan “Xənnas”ın qala gecəsi keçiriləcək.Filmin ideya müəllifi və quruluşcu rejissoru Elvin Abdulladır. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıblar.
Necə oldu ki "Xənnas” adlı qorxulu film çəkmək qərarına gəldiniz? sualına rejissor Elvin Abdullayev belə cavab verdi "Məqsəd bir ilkə imza atmaq, Azərbaycan kino tarixinə adımızı yazmaqdır. Buna görə belə bir janra müraciət etdik. Baxdıq ki, yetəri qədər komediyalar, dram filmləri çəkilib. Bir çoxu da uğurlu alınıb. İnsanı adrenalində, həyəcanda saxlayan mistika janrı isə geridə qalırdı. Bu janr həmişə mənim üçün maraqlı idi. Elə alındı ki, “Bismillah” dedik başladıq”.
Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır."
“Xənnas”a baxmaq istəyənlər mayın 4-dən etibarən Nizami Kino Mərkəzi, "Gənclik Mall", "28 Mall", "Azərbaycan" kinoteatrı, "Aygün City", Gəncədə isə "Xəmsə Park"da bu istəklərini reallaşdıra bilərlər.
Məlumat üçün bildirək ki,Gənc və istedadlı rejissor Elvin Abdullayev bundan öncə bir neçə filmdə ikinci rejissoru vəzifəsini yerinə yetirmiş, bununla bərabər bir çox reklam çarxlarına quruluş vermişdir. Onuda vurğulayaqki Elvin Abdullayev gənc olmağına baxmayaraq bir çox uğurların sahibidir.
Lentə aldığı "Məriz” qısametrajlı filmi ilə "Bakı Oscarı” film festivalında, "ən yaxşı aktyor işi”, "ən yaxşı aktrisa işi”, "ən yaxşı operator işi” və "ən yaxşı film” nominasiyaları ilə 4 mükafata layiq görülüb.
Turan Etibaroğlu
Manera.az
Baxış sayı - 1 860 |
Yüklənmə tarixi: 02.05.2017 23:35