manera.az
manera.az

Bakıda “Oxu günü” təşkil olunub

📅 31.03.2017 11:50

Bakıda  “Oxu günü” təşkil olunub
Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov belə tədbirlərin ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu söyləyərək kitaba verilən dəyərdən danışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin önəmini vurğulayaraq bildirib ki, “Oxu Günü”ndə paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdləri iştirak edirlər. İştirak edən şagirdlərin maraqlı çıxışlarla təmsil olunduğunu söyləyən M.Vəliyeva diqqətə çatdırıb ki, məktəblilər oxuduqları əsərlər əsasında canlı debatların aparılması üzrə strategiyanı nümayiş etdirəcəklər. T

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli elm adamı kimi “Oxu Günü”nə öz xeyir-duasını verərək layihənin gənclərimizə faydalı olacağını deyib.

Kitabın mükəmməl elmə yiyələnmək üçün qızıl açar olduğunu söyləyən akademik geniş informasiya məkanı mühitində kitabın yeri, mövqeyi, əhəmiyyəti haqqında ətraflı danışıb.

Xalq Yazıçısı Çingiz Abdullayev, “Hədəf” nəşriyyatının rəhbəri, filologiya elmləri doktoru Şəmil Sadiq çıxış edərək tədbirin əhəmiyyətindən, kitaba verilən dəyərdən, gənclərin mütaliəsinin vacibliyindən danışıblar.

Sonra qonaqlar kitab sərgiləri ilə tanış olublar.


Baxış sayı - 1 189 | Yüklənmə tarixi: 31.03.2017 11:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031