manera.az
manera.az

"Filosofun son şeiri"

📅 30.04.2017 15:49

"Filosofun son şeiri"

Tural İsmayılov

Filosofun son şeiri

Dünya günəş işığından yaşamır
Öldürülmüş körpələrin cəsədlərindən
Müharibələrin dağ çəkdiyi sinələrdən
Yaşamağa bir ox atır filosof son şeirində
öldürmə ki, ölməyəsən.

Ümidlərin qəbiristanlığını dolaşırıq
Ümidsizlik girdabının səfil sakinləri
Təbəssümlərin dar ağacına asıldığı cəhənnəmlərdə
Gülüşümüzün cənnətini tikirik
Gülümsəməyə salam verir filosof
gül ki, ağrıların zəifləsin.

Dilənən uşaqların gözlərindəki axtarışdır
"Hər şey düzələcək" yalanını qucaqlamağımız
Nəinki qəpik
İmkan olaydı da, sinəmizi verəydik o uşaqlara
Bütün uşaqlara məktub yazır filosof
"kaş heç kim böyüməyəydi".

Varlığının səbəbini səmada axtarır insanlar
Beləcə həqiqətə kor olan gözlər
Mərmilərə susan dillərlə sevişir
Atılan bir güllə ilə bitən bir can
həm də uşaq nifrətinin başlanğıcı olur.

Son şeiri şairin son anıdır
Şairin ölümü cismdən yox, sətirdən başlayır
Filosof fikir dənizində tənha Robinzondur
Son şeirində düşüncəni güllələyir
Və filosofun ölümü beyindən yayılır.

MANERA.AZ


Baxış sayı - 1 650 | Yüklənmə tarixi: 30.04.2017 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031