manera.az
manera.az

Qar uşaq- Emin Pirinin şeiri/ MANERA.AZ

📅 27.02.2017 21:27

Qar uşaq- Emin Pirinin şeiri/ MANERA.AZ


Emin Piri

Qar yağanda

Daha çox üşüyər
mağazada satılmamış uşaq əlcəkləri.

Mən qar adamam,balaca
Mən isti qaram, lap belə imisti.
Üşütməz əllərini
Yumala ovcunda,
At,
At məni soyuq göyərçin yuvalarına.

Tanıyıram o uşağı
Atasının içdiyi araq şüşələrini
Geri qaytarıb çörək alan uşaq.
Görmüşəm gözlərində
Dünyanın ən kədərli sevincini.
Babasının verdiyi məktəb xərcliyini
döyülməsin deyə
Atasına araq alan uşaq.

Tanıyırsan o uşağı,
Baxarkən güzgüyə
Özündən qoca əlləri
hayqırıb sənin gözlərinə:
əllər əlcəksizlik və çörəksizlikdən yox,
sevgisizlikdən üşüyər....
qaytar uşaqlığımı!

MANERA.AZ


Baxış sayı - 2 812 | Yüklənmə tarixi: 27.02.2017 21:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031