manera.az
manera.az

Sevmə məni- Tural Balabəylinin şeiri

📅 24.04.2017 14:32

Sevmə məni- Tural Balabəylinin şeiri


Tural Balabəyli

Sevmə məni

Bağlanma və sevmə məni
nə edəcəyim bilinməz.
Mən bu gün varam
sabah yox…
Toxunma mənə -
yaralarla doluyam.
Bir yarada sən açma…
Sevmə məni…
Sevmə…
Qarmaqarışıq həyatımda itərsən…
Yuxuların qarmaqarışıq olmasına
dözmək asandır.
həyat yuxulardan daha əzabverici;
Düşünmə məni, düşüncələrində itərsən,
sən bacardıqca
məni itir
axtar,
tapma
amma…
İstəmə məni,
sənli də sənsiz də üşüyürəm
istəyinlə isitmə məni...
Sevmə məni.

MANERA.AZ


Baxış sayı - 2 840 | Yüklənmə tarixi: 24.04.2017 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930