manera.az
manera.az

“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda

📅 29.04.2017 15:48

“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti xarici mətbuatda dərc olunub...

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir. Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında artıq yaradıcı heyətimiz uğurla çıxış edərək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrına üz tutub. Gürcüstan və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrlarından zəngin
təəssürat və bol tamaşaçı alqışı ilə ayrılan kollektivimiz Çeçenistan teatrından da eyni təəssüratlarla ayrılacağına ümid edir.

Aprel ayının əvvəlində qarşılayıb, yola saldığımız Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivimizi xüsusi olaraq qarşılayıb. 3 gün ərzində davam edən qastrol səfəri çərçivəsində Pərvinin “Dəcəl keçi” tamaşası 12 dəfə nümayiş etdirilib. Tamaşadan öncə keçirilən mətbuat konfransında Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Vladislav Koliyev, Azərbaycanın Şimali Osetiyadakı diasporunun rəhbəri, “Vahid Rusiya” partiyasının üzvü Fuad Kazımov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini Fəxrəddin Dünyamalıyev və qastrol səfərində
iştirak edən aktyorlarımızdan - Səbinə Məmmədova, Ədalət Əbdülsəməd və İlham Əsədov jurnalistlərin suallarını cavablandırıblar. V.Koliyev qarşılıqlı qastrol səfəri haqqında danışaraq bildirib ki, nəinki sovet hətta postsovet dönəmində Azərbaycan və Vladiqafqaz arasında mədəni əlaqələr, qarşılıqlı gediş-gəliş olmayıb: “Bu əlaqələri bərpa edib möhkəmləndirmək isə artıq hər iki teatr qarşısına qoyulmuş prioritet məsələlərdəndir. Qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması haqqında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJAzərbaycan Milli Mərkəzinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla danışıqlarımız hələ 5 il öncə başlayıb. Nəhayət biz həmin danışıqları həyata keçirə bildik. Bildiyiniz kimi aprel ayının əvvəllərində bizi Dövlət Gənc Tamaşaçılar Teatrı “Жили- были” tamaşası ilə olduqca isti münasibətlə qarşıladı. Bu gün də biz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını istedadlı yaradıcı heyətini qəbul edirik. Perspektivdə isə qarşılıqlı rejissor mübadiləsi çərçivəsində hər iki teatrda uşaq tamaşalarının hazırlanması durur. Düşünürəm ki, növbəti layihələrimiz də uğurla gerçəkləşəcək”. Fuad Kazımov çıxışında qastrol səfərlərinin Azərbaycan və Vladiqafqaz teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün olduqca vacib olduğunu bildirirək, hələ XX əsrin əvvəllərində “Leyli və Məcnun” operasının ilk premyeralarından
birinin məhz Vladiqafqazda nümayiş etdirildiyini bildirib. Aktyorlarımız isə çıxışlarında tamaşaçıların xoş münasibəti, tamaşaya səmimi
yanaşmaları haqqında fikirlərini bildiriblər. Səfər çərçivəsində tamaşalardan biri çoxuşaqlı və aztəminatlı ailələrin övladları
və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib. Vladiqafqaz səfərimiz haqqında buranın bir sıra nüfuzlu qəzet və saytlarında materiallar dərc edilib. “Северная Осетия” qəzetində dərc olunmuş “Мерси, Баку!” başlıqlı məqalənin linkini diqqətinizə təqdim edirik:

http://sevosetia.ru/news_full/Kultura/Mersi-Baku/

Turan Etibaroğlu
MANERA.AZ


“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda


“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda


“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda


“Mersi Baku!” Azərbaycan Teatrının fəaliyyəti xarici mətbuatda


Baxış sayı - 1 249 | Yüklənmə tarixi: 29.04.2017 15:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031