Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Rusiya Federasiyası,Şimali Osetiya Respublikasının Alaniya şəhərinin Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı aprel ayının 7-dən - 9-dək teatrımıza qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
Qastrol tamaşasında Teatrın aparıcı aktyorları Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.
Qeyd edək ki, Aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə RF-yə səfər edərək Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 1 504 |
Yüklənmə tarixi: 04.04.2017 12:41