manera.az
manera.az

Yoxsa qadın dilənməz ki sevgi üçün- Şeirlər/ MANERA.AZ

Yoxsa qadın dilənməz ki sevgi üçün- Şeirlər/ MANERA.AZ


Vüsalə Əmirli
**

Səni gözlədim.
Ümidlə, həsrətlə, sevgiylə.
Gəldin, amma gözləmək bitmədi.
Gözləyirəm hələ də.
Çoxmu qalıb, birdənəm, gəlməyinə?
Bəlkə də sınaqdı səni gözləmək,
Bilmirsən necə çətindi gözləmək.
İnsaf et! Ömür uzun deyil, günlər qısa.
Çoxmu qalıb, birdənəm, gəlməyinə?

**
Hərdən tutub əllərini
Bu sözləri demək gəlir ürəyimdən
“Sev də məni, nə olar ki?”
Əsl sevən sevdiyi kimi.
Ya da sevmə!
Mən dilənçi deyiləm ki!
Kişi sevəndə bir qadını
Onun üçün nə etməz ki?
Özü edər kişi kimi hər işini.
Yoxsa qadın dilənməz ki sevgi üçün
Sürünməz ki ...
İstəmirəm sədəqəni!
Eh, nə deyim,
Kişi sevsə bir qadını,
Nə gül kimi solar qadın,
Nə də susub getməz qadın.
Çıxıb getmək əvəzinə
Sənlə qalmaq istəyirəm.
Bir tutasan əllərimi
Deyəsən ki ...
Eh əzizim, heç nə demə.
Baxışların bəlkə yetər,
Ürəyinin döyüntüsü necə gözəl..
Tutarsanmı əllərimi? Sevərsənmi?
Nə olar ki, sevsən məni kişi kimi?

**
Ürək! Sən ürəksən! Söylə, kiminsən?
Kimin köksündəsən çırpınaraq sən?
Kiməsə yaxınsan, kiməsə uzaq,
Və yalnız biriyçün döyünürsən sən!
Çiçək! Sən ətirli gülsən, çiçəksən.
Sən parlaq günəşin sevgilisisən.
Kövrəksən, incəsən, qorxma heç nədən
Çünki sevgi ilə böyüyəcəksən.
Arzusan! Kiməsə həyatsan, susan.
İstəsən dünyanı unutdurarsan.
Kim ki hər nazını çəkməyə razı,
Onun ürəyinə sultan olarsan!

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930