manera.az
manera.az

İçinizdəki səs- Dilarə Zamanova yazır

İçinizdəki səs- Dilarə Zamanova yazır


Dilarə Zamanova

Biz hər şeyi edirik, yeyirik-içirik, yatırıq-dururuq, sevirik-sevilirik, işləyirik, sevişirik. Bir sözlə hər şeyi edirik. Amma uzun müddətdir ki, düşünürdüm ki, biz nəyisə unutmuşuq. (İlahi nə idi o, nəyi unutmuşdum, unutmuşdun, unutmuşduq axı) Necə deyərlər, Evrika, tapdım. İnanmaq!!!

Bəli, bəli düz eşitdiniz (və ya gördünüz indi bu məsələni böyütməyə ehtiyac yoxdur. Oxucu, oxumağa davam elə)) İnanmağı yaddan çıxarmışıq. Yeyirik-içirik, yatırıq-dururuq, sevirik-sevilirik, işləyirik, sevişirik. Amma bunların hamısını boş-boşuna edirik. Belə olmağı lazımdır deyə edirik. Bir çox məsələ də olduğu kimi doğuluruq, məktəbdə oxuyuruq, universitetə girik. Sonra da ailəmizin, cəmiyyətin bizə uyğun gördüyü (amma özümüzün görə bilmədiyi, duya bilmədiyi, hiss edə bilmədiyi, ən əsası sevə bilmədiyi) adamla ailə həyatı qururuq.


Axı bizdə bir vaxtlar nəyəsə inanırdıq. Həqiqətən Dilarə sən nəyə inanmışdın? Mən ailəyə inanmışdım. İstəyincə hər şeyin olacağına inanmışdım. Səmimiyyətin başa düşülən olacağına inanmışdım. Yazdıqlarımın yazdıqlarım kimi oxunacağına inanmışdım.

Sevgi ilə hər şeyin düzələcəyinə inanmışdım. Nəticədə nə oldu? O hər şey pis getdiyi zaman belə sığındığı heç kəs olmasa da o var dediyim inamımı itirdim. Ondan sonra da bir daha toparlaya bilmədim. Əslində heç birimiz toparlaya bilmədik. Sonra da duyğusuz insanlara çevrildik.

Sanki, bir dayanıb düşünsək, sanki, qarşımızdakı ilə sırf moda kəlimə olduğu üçün yox gerçəkdən empati qura bilsək, sanki, içimizdə ki, o səsi dinləsək. Ah o səsi bir dinləsək hər şey düzələcək. Yenidən hər şeyin düzəlməsi ətrafa insanlara ən əsası özümüzə inanmağımız üçün tək çarə içimizdə ki, o səsi dinləməkdir.

O, səsi dinləyin onun dedikləri sizin həyatınızı alt-üst eləsə belə. Məşhur bir sitatda da deyildiyi kimi, “Həyatınızın alt-üst olmağından, qorxmayın. Bəlkə də altı üstündən daha yaxşıdır”.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728