manera.az
manera.az

Axtarıram- Hüseyn Bağırovun şeirləri/ MANERA.AZ

Axtarıram- Hüseyn Bağırovun şeirləri/ MANERA.AZ


Hüseyn Bağırov
***

Bir sehrkar dünyadayam,
Bir nəğməkar aləmdəyəm,
Bu gün yenə:
Nədənsə kövrəlmişəm,
Lap uşağa çevrilmişəm.

Qoşulmuşam küləklərə,
Divarlara,küçələrə,
Çırpılıram dənizlərə.
Xəyal olub yox oluram,
Varlıq olub,
Tapılıram.

Bakı nəhəng, Bakı dərya,
Bakı dəniz, Bakı dünya,
Bu dünyada ,bu dənizdə,
Axtarıram, dolanıram.
Neçə ilin həsrətindən
Yana-yana.

Ümid verir,
Hər oxşayış, hər bənzəyiş.
Qanad verir,
Gülüşünə oxşar gülüş.
Mən özümdən qovruluram,
Qoşuluram küləklərə.
Axşam-səhər, səhər-axşam,
İlk eşqimi,ürəyimi,
Axtarıram,axtarıram.
***

Əzizim,
Şəklin üstə otaqda
Hörümçək toz bağlayıb.
Səhər-gecə şəklinlə
Gah-gülüb, gah-ağlayıb
Bezdirirəm şəklini....

Otaqdakı şəklinlə
Gecə xəyal qururam
İki fincan çay süzüb,
Çayını soyuduram...
Şəklinə baxa-baxa
Təsəllilər tapıram.
Qədəhlə baş-başa mən,
Hüzünlü dayanıram...
Şəklinlə otaqda tək
Xatirələr canlanır...
Beyin səni düşünür
Göz yaşım şəklinə damır.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31