manera.az
manera.az

Hüseyn Şərifin “Xatirələr”i - MANERA.AZ

Hüseyn Şərifin “Xatirələr”i  - MANERA.AZ

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən yazıçı-tərcüməçi Hüseyn Şərifin “Xatirələr” kitabı işıq üzü görüb.

Kitabda müəllifin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Səməd Vurğun, Nazim Hikmət və Rəsul Rza ilə bağlı xatirələri toplanılıb. Həmçinin, Hüseyn Şərif kitabda görkəmli şəxslərlə olan dostluq tarixçəsindən söhbət açaraq, maraqlı məqamları oxucularla bölüşüb.

Qeyd edək ki, Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxuyub. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalında dərc olunub.

O, Radişevin “Peterburqdan Moskvaya səyahət”, Korolenkonun “Yurdsuz uşaqlar”, Qonçarovun “Oblomov”, Markovun “Ata və oğul”, Qrosmanın “Dostoyevski”, Buninin “Povest və hekayələri”ni, Dostoyevskinin “İdiot” və digər əsərləri dilimizə tərcümə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930