Mingəçevir Dövlət Dram Teatrında aktrisası Prezident mükafatçısı Əmək veteranı, Azərbaycan SSR Əməkdar Artisti Nisə Rzayeva 80 yaşında vəfat edib.Qeyd edək ki,N.Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmuş, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışan Respublikanın Əməkdar artisti Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” – Fəxrəndə xanım, H.Cavid “Ana” – Ana, M.Hüsüyn “Cavanşir” – Zibeydə xanım, G.Xuqayev “Andro və Sandro” – Marqo, Anar “Şəhərin yay günləri” – Dilarə, İ.Əfəndiyevin “Tənha iydə ağacı” – Xan nənə, P.Kilqas “Hakim Martinin səhəri” – İnqa, S.Vurğun “Fərhad və Şirin” – Şirin, İ.Əfəndiyev “Unuda bilmirəm” – Nərmin, N.Həsənzadə “Nabat xalanın çörəyi” – Nabat xala, S.S.Axundov “Eşq və İntiqam” – Yasəmən, S.Rəhman “Əliqulu evlənir” – Nazlı, Ə.Əmirli “Köhnə ev” – Zəhra, S.S.Axundov “Laçın Yuvası” – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.
Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək veteranıdır, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır.
1982-ci ilin dekabr ayının 2-də Azərbaycan Respublikası Əməkdar artisti Fəxri adına, 2006-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
8 mart 2017 –ci ildə dünyasını dəyişmişdir.
Aktrisa ilə Mingəçevir Dövlət Dram Teatrında vida mərasimi keçirildikdən sonra o, şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Turan Etibaroğlu
Manera.az
Baxış sayı - 2 552 |
Yüklənmə tarixi: 09.03.2017 15:53