manera.az
manera.az

"Hadisəyə film kimi baxanlar..." Orxan Bahadırsoy - MANERA

"Hadisəyə film kimi baxanlar..." Orxan Bahadırsoy - MANERA Orxan Bahadırsoy

Yanan bina, ölənlər və öldürənlər

11 Sentyabr hadisəsindən sonra həmin hadisəyə bənzədilən yeganə faciə 19 May 2015-ci il tarixində Bakının Azadlıq prospektində yanan binanın faciəsi oldu. Bu iki hadisə arasında görünüşcə bir fərq olmasa da mahiyyətcə böyük fərq var idi – 11 Sentyabr hadisəsi Əl-Qaidə terror təşkilatının ABŞ-a qarşı terror aktı, 19 May hadisəsi isə Azərbaycan məmurlarının Azərbaycan xalqına qarşı törətdiyi faciə idi.

Bakıda görünüşə xatir süni şəkildə bəzədilmiş bu cür binalar çoxdur. Əvvəlcə onu deməliyəm ki, əgər bir binanın içində rahatlıq, rifah, təmizlik, əlverişli şərait yoxdursa, bunu görünüşə görə bəzəməyin bir vətəndaş kimi əleyhinəyəm. Əgər bu binanın divarları sökük və rütubətlidirsə, lifti xarabdırsa və aylar boyunca təmir olunmursa, yanğın çıxışı üçün pilləkəni yoxdursa, içində insanlardan çox siçovullar yaşayırsa, onun gözəl görünüşü nəyə lazımdır? Şəxsən mən belə binada yaşamağı istəmirəm – qoy mən eybəcər görünüm ki, eybəcər vəziyyətdə yaşadığımı da bilsinlər.

Əgər bəzədilməsi məcburi idisə bunun təhlükəsizliyini təmin etmək iş icraçılarının ən ümdə vəzifəsi olmalı idi. Amma görünür ki, həmin icraçılar əhalinin təhlükəsizliyini deyil öz mənfəətlərini düşünüblər. Hər-halda onlar əhalini düşünsəydilər, bu hadisələr yaşanmazdı.

Bu məsələdə birbaşa müqəssirlər kimlərdir? Həmin materialları istehsal edən şirkət başda olmaqla, bu məhsulların keyfiyyətli olmasını təsdiq edən dövlət orqanları, o sənədlərdə imzaları olan məmurlar, məhsulun keyfiyyətsizliyini bilə-bilə öz mənfəəti xatirinə səsini çıxarmayan və bu vicdansız işi icra edən bütün mühəndislər və digər səlahiyyətli şəxslərin hamısı müqəssirdir. Yəni ki, təkcə o şirkəti bağlamaqla, sahibini həbs etməklə iş bitmir. Bu “qətliama” fərman verən “qatillər”, vicdandan əlillər, ləyaqətdən zəlillər çoxdur, dostlar! Onlar öz kürsülərində oturduqca biz belə faciələri çox görəcəyik!

İndi həmin binada yaşayan və zərər çəkən şəxslərə tibbi yardım, 1000 manat pul, azuqə, başqa yaşayış evləri və s. xidmətlər göstərilir. Bu yaxşıdır, təqdirə layiqdir. Ümumiyyətlə bu hadisə yaşanan zaman qəhrəmanlıq göstərən xilasedicilər, sakinləri xilas etmək naminə öz canını təhülkəyə atan hüquq-mühafizə orqanlarının əməkdaşları, həmin gün ən azından mənəvi dəstək üçün orda olan sənət adamları, çoxsaylı vətəndaşlar və başqaları – bütün bunlar bizim insanın nə qədər yardımsevər, mərhəmətli olduğunu göstərir, birliyimizi simvolizə edir. Yəni böyük faciənin içində kiçik xoşbəxtlik budur. Amma böyük faciənin içində elə faciənin özü qədər böyük bədbəxtlik də var...

O pullar, yeni yaşayış mənzilləri, digər binalardan həmin örtüklərin sökülməsi, aksiyalar – bunların heç biri Öməri (1 yaş), Ayxanı (2 yaş), Fərəhi (3 yaş), Ayanı (5 yaş), Davudu (16 yaş), Ülkəri (21 yaş) və digərlərini geri qaytarmayacaq. Hansı ki, adını çəkdiyim bu uşaqlar və gənclər Azərbaycan gələcəyini ziyalıları, əsgərləri, elm, mədəniyyət, iqtisadiyyat və başqa sahələrin xadimləri idilər. Ən əsası isə onlar Azərbaycanın gələcək vətəndaşları idilər. Amma hələ vətəndaş ola bilmədən vətəndə daşa döndülər.

Bir də bu hadisəyə film kimi baxanlar, bunu xarici təxribat hesab edənlər, məsələni “bir bina yanıb da” deyərək bəsitləşdirənlər var. Onlar ən az həmin bina qədər “özlərini yandırdılar”! Onlar açıq-aşkar vicdansız olduqlarını xalqın gözü önündə sərgilədilər. Bir insan bədbəxtliyin zirvəsinə bundan artıq çıxa bilməz ki!

İndi isə oturub növbəti yanğını gözləmək olmaz. İşləmək lazımdır. Əgər belə bir təhlükənin tən ortasında qalmışıqsa hamımız bu sahədə maariflənməliyik. Ən azından hər evdəki ailə başçısı tikinti materialları haqqında müəyyən bilgiyə sahib olmalıdır ki, onu heç kəs alov dilimlərinə bürüməsin. Əgər bu “qətlə” cəhd edən olsa, yerində və zamanında etiraz edə bilsin, özünü müdafiə etməyi, hüquqlarını qorumağı bacarsın.

Bundan sonra vətəndaşlar bütün binalarda yanğın çıxışının olmasını tələb etməlidirlər ki, yanğın zamanı xəsarət alamadan həmin binanı tərk edə bilsinlər. Yanğın çıxışı yanğından xilasın ən böyük yoludur. Təbii ki, mülklərinə dəyən zərəri geri qaytarmaq üçün də dövlətdən sığorta tələb etməlidirlər. İnkişaf etmiş ölkələrin hamısında muxtəlif sığortalar var. Azərbaycan insanının çoxu isə sığortadan tamam xəbərsizdir. Sığorta ona görədir ki, belə olan hallarda sizin mülkünüzü sizə qaytarsın.

Yanan bina, ölənlər və öldürənlər – bunlar Azərbaycan xalqının imtahanı idi. Biz bu imtahandan üzüağ çıxa bilmədik. Heç olmazsa gələcəyə üzüqara getməyək. Başımız sağ olsun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031