manera.az
manera.az

Dünyanın ən bahalı qadın rəssamlarının adları açıqlanıb/MANERA.AZ

📅 26.01.2017 12:43

Dünyanın ən bahalı qadın rəssamlarının adları açıqlanıb/MANERA.AZ


“Artnet” nəşri dünyanın ən bahalı qadın rəssamlarının siyahısını açıqlayıb. Söhbət hazırda sağ olan və əl işləri hərraclarda ən yüksək qiymətə satılan rəssamlardan gedir.

Reytinqdə birinci pillədə yaponiyalı rəssam Yayoi Kusama yer alıb. Onun “Ağ ¹28” əsəri hərracda 7,3 milyon dollara satılıb.

İkinci yerdə olan amerikalı qadın rəssam Sindi Şermanın ən bahalı rəsmi 6,7 milyon dollara alınıb. Ümumilikdə rəssamın hərraclarda qiyməti 1 milyon dollardan çox olan 17 əsərləri satılıb.

Sonrakı pillədə ingiltərəli rəssam Bricit Rayli (ən bahalı rəsm əsərinə 5,7 milyon dollar verilib) yer alır. İlk beşliyə Cənubi Afrika əsilli hollandiyalı rəssam Marlin Düma (6,3 milyon dollar) və ingilis Sesili Braun (1,6 milyon dollar) da daxil olublar./medeniyyet.az


Baxış sayı - 1 852 | Yüklənmə tarixi: 26.01.2017 12:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930