manera.az
manera.az

Ən zəngin yazıçılar bəlli oldu -MANERA.AZ

📅 05.08.2016 13:21

Ən zəngin yazıçılar bəlli oldu  -MANERA.AZ

Forbes jurnalı 2016-cı ilin ən zəngin yazıçılarının adını açıqlayıb.

Siyahıda ilk yeri 95 milyon dollarla Ceff Patterson tutur. Detektiv yazıçı inspektor Aleks Krosse haqqında silsilə romanların müəllifidir.

İkinci yerdə 19,5 milyon vəsaitlə Ceff Kinnidir. "Acizin gündəliyi” bestselleri ilə məşhurdur.

Ondan azacıq geri qalan isə Harri Potter silsilə romanları ilə məşhur olan Coan Rolinqdir – 19 milyon dollar.

Dördüncü yer – Con Qrişem (18 milyon dollar).

Beşinci yer – dəhşətlər kralı Stiven Kinq, Nora Roberts və Deniel Stil (hərəyə 15 milyon dollar).

Sonrakı yerləri E. Ceyms ("Bozun əlli çaları” – 14 mln.), Pola Xokins ("Qatardakı qız”), Con Qrin ("Günahkar ulduzlardır”) – 10 mln., Den Braun ("Da Vinçi kodu”), Corc Martin ("Buz və atəşin nəğməsi”) – 9,5 mln. vəsaitlə tuturlar.

Sağ əlləri, ya da ümumilikdə sağ tərəfləri bizim yazıçıların başına! /Adalet.az


Baxış sayı - 1 814 | Yüklənmə tarixi: 05.08.2016 13:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031