manera.az
manera.az

Bu fotoşəkil 478 min dollara satılıb | MANERA.AZ

📅 02.11.2015 13:03

Bu fotoşəkil 478 min dollara  satılıb | MANERA.AZ

XX əsrin populyar fotoşəkillərindən biri – Robert Meppltorpun çəkdiyi “Poliesterdən kostyum geymiş kişi” fotosu Sotheby's hərracında 478 min dollara satılıb.

Bu məbləğ fotoşəkilin ilkin qiymətindən demək olar ki, iki dəfə çoxdur.

Sotheby's satış evinin fotoqrafiya şöbəsinin rəhbəri Kristofer Maxouninin sözlərinə görə, fotoşəkil satışlarının keçirildiyi bir neçə gün ərzində əldə edilən vəsaitin ümumi həcmi 3,3 milyon dolları keçib. “Poliesterdən kostyum geymiş kişi” bu mövsümün ən bahalı lotu, Meppltorpun əsərləri içərisində isə bahalığına görə ikinci fotoşəkil olub.

Məşhur amerikalı fotoqrafın ağ-qara fotoşəkili sonuncu dəfə 23 il bundan əvvəl satışa çıxarılmış və cəmi 9,9 min dollara satılmışdı. Beləliklə də, 23 il ərzində populyar fotoşəkil demək olar ki, 50 dəfə bahalaşıb.

Robert Meppltorp 1989-cu ildə 42 yaşında QİÇS-lə bağlı xəstəlik nəticəsində vəfat edib. Bundan sonra onun əsərləri kəskin olaraq bahalaşmağa başlayıb. Fotoqrafın ən bahalı fotoşəkili 2006-cı ildə 643,2 min dollara satılan Endi Uorholun portretidir.


Baxış sayı - 1 825 | Yüklənmə tarixi: 02.11.2015 13:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930