manera.az
manera.az

Ən gözəl şeirimi fahişəyə yazdığımı biləndə... |MANERA.AZ

📅 25.01.2017 12:32

Ən gözəl şeirimi fahişəyə yazdığımı biləndə... |MANERA.AZ
Fuad Cəfərli

Pərvanələr Diyarı


İnsaf sözündən xəbərsiz qadın,
Ayrılmağa fəsilmi tapmadın?
Adam da qışda ayrılar?
Özü də Bakı kimi şəhərdə...
Küləkləri qəmli, soyuğu nəmli,
boyu bəstə şəhərdə...

Deyirlər balaca boyların
könlündən gündə yüz bəylik keçər,
İndi göydələn burunlu küçələrin
təkkəbüründən mən necə keçim?!
Lənət yoxa, yoxluğa
izin olmayan küçədə yoxdur ki,
onlar məni, mən onları seçim.
Kirimirşcə bir küçədə keçinib gedim.

Lənət demiş, Cəhənnəm demiş,
Yəqin, sən bu diyarın oduna inandın.
Qalib gəldiyini sandın taleyə
Və qapı seçib məni ora buraxdın.
Uşaqlara qar adam olmayım deyə...
Nə yaxşı son görüşdə belə
vacıb sözlər unudulur .
Yoxsa deyəcəkdim,
Burda insanlar yanmaq üçün doğulur!

***
Ən gözəl şeirimi fahişəyə yazdığımı biləndə
Bir zamanlar qınadığım həyatı anladım.
Utanmağa isə uzaqlardan deyil, özümdən başladım
Axı bilmirdim
həyatın da mənim kimi
bir ana sancısıyla
doğum evində doğulduğunu
yaşlı tibb bacısının dilidə
güllərin əvəzinə bir ataya muştuluğu olduğunu bilmirdim...

***
Dünyanın ən gözəl səsi
bir qar üzərində addımlyarkən
bir də uşaq qığıldayarkən gəlir.
Niyə bu qədər gözəllik
yalnız şeirlərin qonağı olmadı?
Axı niyə vurğulara sinə gərib
insanlara misralardan boylanmadı?!
Yoxsa indi dünya ilk gün olduğu kimi
gözəl məsum və böyük olardı,
Kilidlər yoxa, ustaları isə azadlığa çıxardı...




Baxış sayı - 2 185 | Yüklənmə tarixi: 25.01.2017 12:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031