manera.az
manera.az

Ölü şeirlərə başdaşı qoyanlar | MANERA.AZ

Ölü şeirlərə başdaşı qoyanlar | MANERA.AZ
manera.az
Emil Rasimoğlu

Yenə yazmaq istədim, əziz oxucu!

And olsun gözlərinin qarşısında can verən SÖZün canına, yazmayacaqdım, naəlaclıqdan yazmaq istədim. SÖZün ürəyinə sərinlik gətirmək üçün.

Həə..."SÖZün canı" demişkən, səni çox cana yığmayım. Keçim keçə biləcəyim mətləbə.

Bu dəfə dövri-mətbuatımızı qəbristanlığa çevirən qələm sahiblərindən yazacam. "Qələm sahibləri"nə hansı qüvvələrin buna şərait yaratmasından söz açacam.

Bu gün bir çox elmi, ədəbi-bədii qəzetlərdən, jurnallardan heç xəbərin varmı..?

Gəl danışım xəbərin olsun.

Yenə digər sahələrdən yox, ƏDƏBİYYATıMIZın yaralı SÖZündən danışacam.

Səni inandırım ki, bir çox mətbu orqanların POEZİYA səhifəsinə baxanda adam gülüstana bənzər qəbirstanlığı xatırlayır. Redaktorlar YAD ÖLÜlərini-"ŞEİR"ləri elə gözəl dəfn edib bəzəyir ki, adam mat-məəttəl qalır. Şeirlərin müəllifləri isə bu qəbirstanlıqda ölüsünün qəbrini təmtəraqla görəndə az qala ürəyi dağa dönür.

Həə...dağ demişkən... Redaktorlar bir yana qalsın, qəribə burasındadır ki, həmin qəbirləri gözündə dağa döndərib onlara baş daşı qoyanlarda tapılır.

Gəl görək onlar kimdi?! Bax, onların kim olmasını biləndə adamın dili-ağızı quruyur...

Baxırsan ki, misraları oxucuya "Allah ol, dirilt məni"- deyən "ŞEİR"lər haqqında hansısa ədəbiyyatşünas(lar), tənqidçi(lər), alim(lər) öz elmi-ədəbi savadından istifadə edib elə gözəl baş daşı yonub ki, adam baxanda ölmək istəyir. Vallah,xəcalətdən ölmək istəyir. Amma bircə təsəlli orasındadır ki, necə ki, müəllif həmin şeirlərə nəfəs verə bilməyib, eləcə də bir ədəbiyyatçı, tənqidçi və s... SÖZün söykəndiyi bir şəxs(lər) həmin şeirlər haqqında yalnız "yazı" yazıb. RUHsuz yazı.. Həqiqətən də baş daşı!

Bax, burda sözümü bir sözlər bitirmək istəyirəm. Demək yenə (s)ÖZÜMÜZün başına daş salan elə yenə özümüzük, əziz oxucu!

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI