manera.az
manera.az

Tanrıya toxunan sevgi- Səmayə Nənənin essesi/ MANERA.AZ

Tanrıya toxunan sevgi- Səmayə Nənənin essesi/ MANERA.AZ


Səmayə Nənə

Sevgi. Haqqında əsrlərdir yazılır, pozulur. Bundan sonra da yazılacaq, pozulacaq. Bilirəm, üz gözünüzü turşudub çeynənmiş mövzudur deyəcəksiz. Bəzən ikrah, bəzən sevinc, bəzən həyəcan, bəzən hiss, bəzən adi bir söz kimi qəbul olunur. Lakin bunların aldanış olduğunu heç kim düşünmür.

Kimisi sevgini "görüb" əslində olmadığını deyir. Kimisi sevgi deyəndə nifrət edir. Kimisi sevinir, həyəcanlanır və s. Aldanışdan başqa bir şey deyil! Niyə belə düşünürəm? Aşağıda izahını vermək, sevgiyə dair şəxsi düşüncələrimi bölüşmək istəyirəm. İnsanlar fərqlidir, hərənin öz rəngi, ahəngi var, bu hamıya məlumdur. Ona görə hər kəs fərqli, öz rəngində, öz ahəngində sevir. Hansı ahəngdə, rəngdə, xarakterdə sevirsən sev, əgər sevmisənsə, sevgiyə toxuna bilmisənsə, sevgidən yuxarıdakı kimi adi sözlər deyirmiş kimi belə asan danışa bilməzsən.
***
Mənə görə sevgi bir toxumdu. Yaşam toxumu... İnsanın içində cücərir, boy atır, çiçək açır, böyüyür, böyüyür, böyüyür... Hətta meyvə verməsə belə, böyüyür. Ən adi məişət işində belə sevirsən. Nəyi? Kimi? Niyə? Səni maraqlandırmır.

Sevgi tanrıdı. Tanrıya toxundunsa, sevgiyə hamilə qalırsan. Doğa da bilmirsən... Elə gəzdirirsən bətnində. Tanrın sevgi olur. İçində böyüyür, bunu hiss edirsən. Böyüdükcə, Tanrıya yaxınlaşırsan. Yaşamaq istəyirsən. Vaz keçməməyi sevirsən. Mübarizəni sevirsən. Sevinci sevirsən. Dünyadakı bütün yaxşıları sevirsən. Elə pisləri də. Bir gün baxırsan özün boydadı. Boyunu da aşıb tanrı olmaq yolundasan. Tanrılıq iddiasında olduğumu vurğulamağa çalışmıram. Sadəcə olaraq,demək istəyirəm ki, tanrıya doğru gedirsən. Sevgi aparır. Səndə günah yoxdur...

Pislik? Elə bilməyin unutdum. Sevgi bütün pislikləri yaxşılıqla əvəz etmir. Sadəcə olaraq ağrıları dindirir. Ağrın var, hiss edirsən, amma o səni incitmir. Heyran qalırsan. Ağrını da sevirsən. Sanki əlində bıçaq tutmusan, ətirli yasəmən olur. Sanki söyüş söyürlər, sən mahnı dinləyirsən. Yox, mən gözlərimə çəhrayı eynək taxıb, dünyanı ancaq gözəllik kimi görmürəm. Romantik fikirlərlə başımı qatıb, özümü aldatmıram. Bu xəyalın məhsulu deyil! Mən bütün pislikləri görürəm, yaxşını seçirəm. Bu ağılın məhsuludu. Sevgiyə toxunan insan, insanları sevir, tanrını hiss edir, yaşamağı bacarır. Məsələ sevgiyə toxunmağı bacarmaqdadı. Sirr də bundadı.

Sonda... Sevgi yoxdur deyirsizsə, ürəyinizə yox beyninizə, düşüncələrinizə nəzər edin. Sevgi var. Axtarın yaxşı-yaxşı. Bir yerlərdə var. Mütləq var!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930