Özümü qınayıram - RAMİLƏ QARDAŞXANQIZI yazır | MANERA.AZ
Tənqid, irad həmişə, qınaq hərdən ola bilər - deyə düşünürdüm, amma daha elə düşünmürəm. İnsanları hardasa tənqid etmək mümkündür, kiçik xətaları düzəldə bilsin, ya da onlardan qorunsun deyə...
Qorunmaqsa həmişə lazımdır və bütün səhvlərin anası olan xətaların ilkindən qorunmaq vacibdir.
Qınaq isə adətən böyük səhvlərdə olur, bu da lazım deyil əslində. Çünki heç bir qınaq baş vermiş, mövcud olan səhvi düzəltmir, daha da qabardır.
İnsan bütün ömrü boyu axtarışdadır. Kimisi iş axtarır, kimisi sevgi, kimisi xoşbəxtlik, kimisi də bütün bunların ortasında maraq doğuracaq problem...
Bəzən axtarılmayan məfumlar belə axtarılır. Məsələn, SEVGİ...
Gözləməyi bacaranlar ömürlərinin sonuna qədər də olsa gözləyərək ölüb gedərlər, ya da gözlədikləri gələr və sadəcə xoçbəxt həyat yaşayaraq qocalar bir-birini tapanlar. Buna artıq sevdasına qovuşanlar aiddir və belələri də az deyil.
Gözləməyi bacarmayanlarsa axtarmaqla tapacaqlarını düşünərlər və tapana qədər axtararlar. Kimsə axtardığını tapdığı üçün elə o gözləyənlər kimi xobəxt olar, kimisi də tapdı deyə özünü aldadar və bir ömür boyu şübhə içində qovrular...
Şübhədən qurtulanlar yanıldıqlarına əmin olan insanlardır və onlar da "döyüş yoldaşlarını" yarı yolda qoymağa məcbur olanlardı həmdə. Məcburiyyət qaşılmazdır.
Bütün hallarda düzgün yaşamaq həm çətindir, həm də gözəl. Gözələ qovuşmaqçün çətindən keçmək lazımdırsa, demək məcburiyyətdən keçməkdə vacibdir .
Ona görə də, qınamamağı öyrənmək lazımdır. Daha heç kimi qınamıram, özümdən başqa...
MANERA.AZ