manera.az
manera.az

Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olundu - MANERA.AZ

📅 30.12.2016 18:46

Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olundu  - MANERA.AZ

Dekabrın 30-da Bakı Yunus Əmrə İnstitutunda məşhur türk yazıçısı Əhməd Hamdi Tanpınarın yaradıcılığına həsr edilmiş “Tanpınarı kəşf edirəm” adlı esse yarışmasının iştirakçıları ilə görüş keçirilib.

İnstitutun direktoru İbrahim Yıldırım yarışmanın əsas məqsədini açıqlayıb.

Bildirib ki, Əhməd Hamdi Tanpınarı tanıtmaq məqsədilə təşkil olunan müsabiqə çox böyük uğurla başa çatıb.

Natiq yazıçının yaradıcılığına Azərbaycan oxucusunun verdiyi yüksək qiyməti dəyərləndirib. Bildirib ki, çox böyük sevgi ilə yazıçının əsərləri analiz edilib. Natiq türk ədəbiyyatı tarixində silinməz iz qoyan Əhməd Hamdi Tanpınarın yaradıcı şəxsiyyət olaraq türk ədəbiyyatında tutduğu mövqeyi və ən əsası dünya oxucusuna aşılamaq istədiyi böyük mətləbləri yarışma iştirakçılarının layiqincə əhatə etdiyini söyləyib və hər bir iştirakçıya minnətdarlığını bildirib.

Tədbirdə 5 əsas qalib çıxış edərək eyni mədəniyyəti paylaşan iki qardaş xalq arasında anlaşma və birliyə belə ədəbi müsabiqələrin böyük təkan verdiyini bildiriblər.

Sonda İbrahim Yıldırım beş əsas qalibdən başqa digər iştirakçılara müsabiqəyə qatıldıqları üçün sertifikatlar təqdim edib.
Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olundu  - MANERA.AZ
Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olundu  - MANERA.AZ
AZƏRTAC


Baxış sayı - 1 261 | Yüklənmə tarixi: 30.12.2016 18:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031