manera.az
manera.az

Bakıda “Tanpınar günü”: PULSUZ kitab paylanacaq | MANERA.AZ

📅 20.10.2016 14:24

Bakıda “Tanpınar günü”:  PULSUZ kitab paylanacaq | MANERA.AZ
MANERA.AZ
22 oktyabr saat 14-00-da Bakıdakı “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.

Yunus Emre İnstitutundan Manera.az-a verilən məlumata görə, “Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak edəcək.

Tədbirdə Tanpınar haqda geniş ədəbi söhbət və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında geniş məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanılacaq.

Ədəbiyyatla maraqlanan hər kəs tədbirə dəvətlidir.

Ünvan: “Akademkitab” kitab evi, Elmlər metrosunun yeni çıxışı
(Bakı Dövlət Universitetinin yaxınlığı).


Baxış sayı - 2 969 | Yüklənmə tarixi: 20.10.2016 14:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930