manera.az
manera.az

“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR

“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR

Oktyabrın 22-də Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə paytaxtın “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Əhməd Həmdi Tanpınara həsr olunmuş tədbir keçirilib.

“Tanpınar günü” adı altında təşkil olunan tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları, gənclər iştirak ediblər.

Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım XX əsrin böyük realist və modern türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın yaradıcılığından söhbət açıb.

Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurtuluş illərində Osmanlı mədəni mirası və müasir Qərb mədəniyyətinin sivil ehkamlarından bəhrələnən yazıçı ədəbiyyatın bütün janrlarında yazıb-yaradıb. Dövrünün tanınmış ziyalılarından olan Ə.H.Tanpınarın əsərləri 36 dilə tərcümə edilib. Vətənində sevilə- sevilə təbliğ olunub. O dövr üçün məsuliyyətli məsələ olan parlamentdə yer alıb. Uzun illər xalqın rifahı üçün çalışıb.

Tədbirdə Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu, professor, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmli, yazıçı Nəriman Əbdülrəhmanlı, filologiya elmləri namizədi Vurğun Əyyub, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, şair-esseist Fərid Hüseyn və başqaları Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinin əhəmiyyətindən danışıblar.

Sonda Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş “Hüzur”, “Beş şəhər”, “Yay yağışı”, "Saatları qurma institutu" kitabları iştirakçılara paylanılıb.


“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLAR
“Tanpınar günü” adlı tədbir keçirilib - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930