“Tanpınarı kəşf edirəm” - Yeni esse müsabiqəsi |MANERA.AZ
![]()
Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib
İnstitutdan Manera.az-a verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.
Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb 10000-dən artıq olmayan, "Times New Roman" şrifti ilə yazılmış esselər qəbul olunacaq.
E-mail: tanpinarbaku@gmail.com
Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin;
* tərcümeyi-hal,
* e-mail ünvanı,
* əlaqə nömrəsi tələb olunur.
Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Müraciət üçün son tarix: 15 noyabr 2016-cı il
Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.
Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.
Yunus Emre İnstitutu müsabiqədə qalib gəlmiş 5 müəllifə Türkiyənin 5 şəhərinə 5 günlük səyahət təşkil edəcək. Digər iştirakçılara həvəsləndirici hədiyyələr veriləcək.
(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)
Ünvan: Rəşid Beybudov küçəsi 142
Tel. (+994 12) 440-31-05
Qeyd edək ki, “Qanun” nəşriyyatı tərəfindən yarışma müddətində Əhməd Hamdi Tanpınarın kitablarının satış qiymətinə endirim elan olunub. Kitabları Bakı, Az1102, Tbilisi pros., 76 ünvanında 6 AZN-ə əldə edə bilərsiz. Tel.: (+994 12) 431-16- 62; Mob.: (+994 55) 212-42-37