manera.az
manera.az

Özü yox olmağa başladıqca adı səslənirdi dillərdə- İntiqam Yaşarın şeirləri/ MANERA.AZ

Özü yox olmağa başladıqca adı səslənirdi dillərdə- İntiqam Yaşarın şeirləri/ MANERA.AZ


Manera.az İntiqam Yaşarın şeirlərini təqdim edir:

Yaşam atlıydı
Bəxtindən çox şikayət etdi,
Baxan olmadı.
Başıalovlu qapılar döydü, çıxan olmadı.
Duaya çevrildi təkrar-təkrar hər nida dilində.
Gəzdi küçələri sərgərdan ölüm kağızı əlində.
Həyat həmişə ona sərt üzünü göstərmişdi.
Əli açıqlıq etmişdi,
Nə ki dərd vardı vermişdi.
Ömrü payız fəslinə düşmüşdü başdan-ayağa bilməmişdi,
Bilsə nə dəyişərdi öz xoşuyla gəlməmişdi.
Yaşam atlıydı, o payi-piyada yollarda.
Özü yox olmağa başladıqca adı səslənirdi dillərdə...

***
Həqiqət bir az uzaq,
Həqiqət bir az küskün.
Həqiqət az dərdli,
Həqiqət bir az miskin.
Həqiqət bir az təslim,
Həqiqət bir az aciz.
Həqiqət bir az susqun,
Həqiqət bir az dilsiz.
Həqiqət bir az vardır,
Həqiqət bir az yoxdur.
Həqiqət bir az azdır,
Həqiqət bir az çoxdur.

***

Həyat yolunda çox təntimişdi,
Çox büdrəmişdi.
Hər büdrədikcə ürəyində
yaxşı olar demişdi.
Baxmayaraq ki, ümidlər vədlərə
Çox xilaf çıxmışdı.
Heç sarsılmamışdı, həmişə irəli baxmışdı.
Öz alın yazısıydı dilində ən böyük dua,
Başqa oxunası nə vardı, gözləri seçəsi guya.
Təkcə alınıydı asanlıqla çatan əllərinə,
Nədənsə heyifsilənə bilimirdi
itirdiyi illərinə.
Ürəyi kimi sükutla siqaret qutusu da boşalmışdı.
Onun da bir küncündə bir parça ümid qalmışdı.
Könlü istəyən kimi susa bilirdi ucada,
Şükür edirdi ki, ona bu fürsəti vermişdi aradan.
İndi boş qalmış çarmıx intiharıydı hər nəfəsi,
Ürək edə bilmirdi yoxlasın,
çıxırmı səsi?
Yerin üstü də cadar-cadar idi, yumulmuş əlləri də,
Bu oxşarlığa mat qaldı,
Dönüb bir də baxdı məyus əllərinə.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031