manera.az
manera.az

Amerika Qarabağa "Qara" gözü ilə baxır | MANERA.AZ


Amerika Qarabağa "Qara"  gözü ilə baxır | MANERA.AZ
Emin Akif

Əvvəl haqqı ürəyin istəyən kimi sıxışdırdılar...

Dartılar gündə bir söhbətə..

Atdılar padvallara və o ki, var sıxıb suyunu çıxardılar.

Haqqın əllərini bağladılar, yeriyən ayağını saldılar su dolu ləyənə, qoşdular elektrik cərəyanını.

Haqq yaman təklənmişdi o an..

Evindən narkotik də, silah da tapdılar.

Sonra adını "Vətən xaini" qoydular. Siyasi məhbusa çevrildi haqq.

Biri də var idi haqqın oğlu. Onu da bir gün öz evində öldürdülər.

Yasını necə lazımdı verdilər.

Əla ağlatdılar iki haqqın ailəsini..

Harda haqq gördülər saldılar ya zindanlara ya da yerin altına.

Bu hadisələr uzaq Amerikanın Nyu York şəhərində cərəyan edirdi. Okeanın o tayında olsa da çox doğma bildim o hadisələri.

Görəsən, atalarımızdan hansı amerikan idi. "Qara məni basınca, qoy qaranı mən basım" məsəli yadıma düşdü..

Sonra Geylərə və Lezbilərə müjdə verdilər.

Və kişi-kişi ilə qadın - qadın ilə rahatca ailə qurmağa imkan tapsınlar.

Yenə Amerika doğmalaşdı bizə. Amerika qaldı qıraqda, düşdülər Lezbilərin və Geylərin üstünə. Guya hər şey qaydasında imiş..

Bəlkə də Amerika Qarabağa da "Qara" gözü ilə baxır..

Nə bilim, bəlkə də..

Bəlkə biz özümüz də "Qarabağa" sadəcə baxmağa öyrəşmişik bəlkə də.. ABŞ adını həm ərazi cəhətdən sübut edir, həm də əksər ölkələrin sözləri Amerikada birləşir.

O vaxtın represiya qurbanlarından bir fərqimiz də yoxdu. Rus da bizə doğmadı, onun rejimi də..

Ermənidən çox fərqlənirik, çox üstün millətik. Üzüyumşaq olduğumuza görə, ordumuzun gücünə görə...

Bu üzüyumşaqlığın 20 ildən çox tarixi var.

Azərbaycan xalqı isə həmişə firavan yaşayacaq, qaz vurub neft çıxaracaq, atəşkəsin acığına atəşfəşanlıq keçirəcək.
Biz dözümlü xalqıq...

Uşaq vaxtı " ortada qaldı" oyunu vardı. Uşaqvaxtı anlamadığım bir şeyi artıq çox gözəl anlayıram. Və çox qorxuram hərdən əlimə qələm alan zaman..

Həqiqəti dərk elədim

Barmaqlıqlar arasından doğulan körpələrin baxışlarında

Təzəcə azadlığına qovuşmuş ruhları dar ağacında görəndə...

Heyvanların insan olmayacağı qədər mümkünsüzləşdi adamların insan olmağı...

İblisin varlığı belə qorxutmadı məni insanlardan qorxduğum qədər...

Bir qocaya, xanıma yer verilməyən ölkələrdə mədəniyyət, yer verilən ölkələrdə isə "mədəni niyyət" görmədim.

Bir yazıçının tənqid atəşinə tutduğu cəmiyyət tərəfindən bir atəşlə vurulduğunu görən zaman həqiqəti dərk elədim...

Bir insanın içkiyə olan eşqinin, öz eşqinin parçalanmasından yarandığı an, eşqdən eşq yarandığını dərk elədiyim əsl həqiqət idi...

Ölənin arxasınca kreditlə ehsan verənlərin mədəsinə gedən marmilatların üstündən içilən "Gəncə dovğası" nda idi həqiqət...

Əl dəyilmədən kəsilən toyuqlar halal adlandırılan zaman gördüm həqiqətin bir paket toyuğun altında əzilməsini...

Həqiqəti axırıncı dəfə "Qız qalası" na çıxıb intihar etmək istəyən zaman fikrini dəyişib ən hündür " Alov qüllələri"ndən atmaq istəyində gördüm həqiqəti..

Həqiqət ilk dəfə idi ucada və qiymətli görsənəcəkdi...

Həqiqəti söyləyənlərin zindanlarda çürüməsində, " razborka"lara dartılmasında gördüm həqiqəti...

Həqiqətin qollarını və qolundakı qandalları gördüm o an...

Həqiqət hər yerdə idi və heç bir yerdə yox idi...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031