manera.az
manera.az

"Turana açılan könüllər” kitabı təqdim olunub

"Turana açılan könüllər”  kitabı təqdim olunub

Atatürk Mərkəzində “Türk dünyası poeziya inciləri” layihəsi çərçivəsində “Turana açılan könüllər” antalogiyası və eyni adlı CD-nin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə akademik, millət vəkili Nizami Cəfərov açıb.

N. Cəfərov çıxışında müəllifləri təbrik edib, kitabın türk ədəbiyyatı tarixində qalacağını qeyd edib.

Tədbirin aparıcısı AYB-nin idarə heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə bildirib ki, bu antalogiya bu günə kimi çap olunan antalogiyalar içində ən ürəyincə olan antolgiyadır. O kitabın tərtibatçıları Qabil Ədalətin və Aybəniz Qafarlının əməyini yüksək qiymətləndirib.

Qabil Ədalət vurğulayıb ki, “bu kitab və CD bu günə kimi çap olunan bir çox antalogiyalara nümunə olacaq bir kitabdir.Bu kitab cəmi iki nəfərin zəhmətinin bəhrəsidir. Antologiya hazırlanır, 50 nəfər işləyir ortaya bir məhsul çıxarmırlar, bu onlara bir nümunə olsun”.

Digər tərtibatçı Aybəniz Qafarlı bildirdib ki, “biz göstərdik ki, antalogiyanı necə hazırlanmalıdır. Düşünürük ki, bu kitab bir nümunə olacaq”.

Qeyd edək ki, sözügedən antologiyanın və CD-nin növbəti təqdimatı Türkiyədə baş tutacaq

Qeyd edək ki, antalogiyanın redaktoru, Xalq şairi Nəriman Həsənzadə, rəyçilər akademik, millət vəkili Nizami Cəfərov və Nəriman Hasənzadə, məsləhət şurasının sədri AYB-nin idarə heyətinin üzvü Qəşəm Nəcəfzadə və TYB sədri Əsət Ərbildir.

Antalogiyada 10 ölkədən 111 türk yazarı yer alıb.







Baxış sayı - 1 365 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728