manera.az
manera.az

Səfurə Çərkəzqızının kitabı çapdan çıxıb /MANERA.AZ

📅 02.12.2016 13:13

Səfurə Çərkəzqızının kitabı çapdan çıxıb  /MANERA.AZ


Peşəkar jurnalist, ARB televiziyasının redaktoru Səfurə Çərkəzqızının “Sevdalılar” adlı kitabı çapdan çıxıb.

Kitab “Fələyin hökmü”, “İncə məqamlar”, “Eşq havası”, “Statusdan kənar”, “Tanrı üçbucağı”, “Zamansızlar” adlı bölümlərdən ibarətdir. Bu bölümlər oxuculara tarixi şəxsiyyətlərin, məşhur sənətkarların, siyasətçilərin, dövlət adamlarının həyatı, yaradıcılığı, gizli tərəfləri, sirli sevgiləri ilə bağlı maraqlı bilgilərə sahib olmaq şansı verir. “Tanrı üçbucağı”ndakı sətirlərisə oxuyub qanadlanmaq mümkündür.

“Sevdalılar” dekabrın 10-u, saat 15: 00-da, Gənc Tamaşaçılar Teatrında oxuculara təqdim olunacaq.

Qeyd edək ki, “Sevdalılar” Səfurə Çərkəzqızının ikinci kitabıdır. Müəllifin hekayələr toplusu olan, “And olsun atlara!” adlı ilk kitabı isə ötən il çap olunub.

MANERA.AZ


Baxış sayı - 2 475 | Yüklənmə tarixi: 02.12.2016 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031