manera.az
manera.az

Gülnarə İsrafil: "Qara kağız" -MANERA.AZ


Gülnarə İsrafil: "Qara kağız"    -MANERA.AZ
Manera.az

"Qara kağız"
hekayə


Atamın üz cizgiləri, müharibə illərində nisgilləmişdi. Aclığı, susuzluğu, qayğısızlığı udub böyümüşdü.

Deyir: O illərdə neçə ailə aclıqdan qırılıb qurtardı...

Müharibədən daldeylanan kolxoz sədirləri, neçə- neçə qadınların yatağında zühur oldular...

Müharibənin açdığı uzun cığırlar, uşaqların ümidlərini atasızlıqla əvəzləyirdi. Anam gündüzlər işləyir, gecələri taxıl döyüb, balaca kökələr bişirərdi. Gün boyu, qənaətlə tikə-tikə ağzımızda sorardıq ki, mədəmiz aldansın. Bir gün odunumuz bitmişdi, babamın yanına gedib bir qucaq odun istədik. Dalımızla atılan daşlar hansımızı tutsaydı öldürərdi... Qaçıb dərədə gizləndik evə gələndə anama heç nə demədik. Bilirdik ki, müharibənin hədiyyə göndərdiyi kağızın üstünə, hörüb yığdığı saçlarını sərəcək. Həmin günü ac-susuz qalacağıq...Düşüb piçənəklərdən təzək topladıq ki, sobamız, qara damın qara üzünü ağartsın. Bir ili heç kartof da yoxuydu. Quraqlıq olmuşdu. Maşın tək-tük adamda varıydı. Xəstəliklər baş alıb gedirdi. Anamı qəmli görəndə ürək-dirək verirdim qoy böyüyüm sənə saray kimi paketni bir ev tikəcəm ki, kənddə heç kəsdə o evdən olmayacaq, bircə sən gül. Bizi təbəssümündən yetim qoyma...

Rayona ayda iki dəfə qara kağız gəlirdi... Anamdakı kağızı, anam bizə göstərmirdi. Adından elə bilirdim ki, kağızın rəngi qaradır. Bir gün evdə tək idim anamın sandığının açarını tapmışdım. Kağızın rəngini görməyə can atırdım elə bilirdim ki, nədirsə sirli bir şeydir. Oxuma yazma bilmirdim yazılanları yox, rəngini görməliydim. Niyə görməliydim axı? Görsəm nə əldə edəcəkdim heç özüm də bilmirdim. Sandığı başdan ayağa tökmüşdüm kağız yoxuydu. Ürəyim titrəyirdi elə bil özünü mənə göstəmək istmirdi. Ən son qatlaqlı, qumaş parçadan tikilmiş yeddi qat tuman keçdi əlimə, içində də, bir gümüşü kəlağayı. Anamın gəlinliyiydi... kəlağayının arasından ağ kağız çıxdı. Çaşıb qalmışdım. Niyə adına qara kağız deyirlər? Axı bunun ki, rəngi ağdır... sandığı səliqəylə yığıb heç nə olmamış kimi heyvanın dalınca getdim. Anamdan da cürət edib soruşammadım. Nə soruşa bilərdim ki...

İllər sonra dülgərliyə başlamışdım. Ev sahibinin uşağı sandığı töküb şokolad oğurlamışdı. Aləm bir-birinə qarışmışdı. Pərdinin üstündə oturub xəyallandım. Elə bil neçə illik yuxumu yozmuşdular. Qara kağızın özü yox, üzü qaraydı. Artıq rəngi anamın gəlinliyə də çökmüşdü...



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031