manera.az
manera.az

Alp ərənlər hanı, dünya? | MANERA.AZ

Alp ərənlər hanı, dünya?  | MANERA.AZ
Manera.az
Manera.az sizə gənc yazar Ərəstun Kamallının şeirini təqdim edir.

Qeyd edək ki, Ərəstun Kamallı əslən Kəlbəcərlidir, Daşkəsəndə məskunlaşıb. BSU-nun qiyabi şöbəsinin tələbəsidir, Daşkəsəndə orta məktəbdə müəllim işləyir.


"QARA BAŞIM QURBAN OLSUN ÇOBAN SANA"
"Kitabi-Dədə Qorqud"


Qara yuxum qanla dolu qızıl tacım.
Qəfil qarpar qara dəvə qara saçım.
Əsirlikdə, girovluqda anam, bacım.
Qaragünə, yuxumu yoz qurban sana.
Qara başım qurban olsun, çoban, sana.

Allah-Allah deməyincə səda gəlməz.
Yazılmasa qul başına xəta gəlməz.
Satqın qohum dar günündə dada gəlməz.
Gen günündə alqış sana, çapan sana.
Qara başım qurban olsun, çoban, sana.

Qara-qorxu yaşatmayıb Tanrı türkə.
Doğransa da qıyma-qıyma, tikə-tikə.
Daş yerinə qomral qoç, təpəl təkə.
Qeyrət verər, təpər verər sapand sana.
Qara başım qurban olsun, çoban, sana.

Dörd tərəfin dəmir qapı, polad hasar.
Çuğul ki var ağız güdər, qapı pusar.
Bozlarının boz üzündən yağı bozlar.
Haqq buyurmuş Qaraçuğa qaplan sana.
Qara başım qurban olsun, çoban, sana.

Nəmli kösöy tüstülənər, odu çıxmaz.
Haram loxma gövşəməklə dadı çıxmaz.
Ər malına qıymayınca adı çıxmaz.
Səxa vermiş tək Xaliqi-Sübhan sana.
Qara başım qurban olsun, çoban, sana.

Ağ birçəyi zirvənin qar çalmasıydı.
Saçı qarğı, yanağı güz almasıydı.
Ana haqqı Tanrı haqqı olmasaydı,
Buyurmazdı peyğəmbərlə Quran sana.
Qara başım qurban olsun, çoban, sana.

El içində ağlı müdrik, dili ötkəm.
İç oğuzam, Dış oğuzam, qoca yürkəm.
Heykəl yapar çarxıdönük, taleyikəm.
Öz haqqını qurd ağzından qapan sana.
Qara başım qurban olsun, çoban, sana.

Gurultuya, nəriltiyə diksinmədin.
Hər atəşə pərvanətək isinmədin.
Səksən min ər yağı gördün səksənmədin.
Neyləyəcək boran, çovğun,tufan sana.
Qara başım qurban olsun, çoban, sənə.

Qazlıq dağın bənövşəsi, lalasıtək.
Qızılqaynaq ağ Sunqurun balasıtək.
Kəlbəcərdə qalan qeyrət qalasıtək,
Səcdə qılır elin, günün, oban sana
Qara başım qurban olsun, çoban, sana.

Bilinməzdi igidlərin sanı, dünya.
O gördüyün alp ərənlər hanı, dünya?
Əcəl aldı, yer gizlədi, fani dünya,
Kimə qaldı, söylər Qorqud baban sana.
Qarabağda qalan qeyrət qalasıtək.
Səcdə qılır elim, günüm, obam sana.
Qara başım qurban olsun, çoban, sana.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031