Elm və pedaqogikaya həsr olunmuş ömür – Rüfət Hüseynzadə 75 yaşında

Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci il 4 mayda Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur.
Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir. Allah rəhmət eləsin) Naxçıvanda əvvəlcə məktəb və mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən – Ttürkiyədə təhsil almış Hüseyn Caviddən türk dili, onun qardaşı Tehranda təhsil almış Şeyx Məhəmməd Rasizadədən ərəb, fars dilləri öyrənmiş, Qori Müəllimlər Seminariyasının məzunu Cavidin kiçik qardaşı Əlirzadan isə rus dili dərsləri almışdır. 
Rüfət Hüseynzadə atası haqqında xatirələrdən danışarkən deyir ki, ailədə Hüseyn Cavid oxuduğu ölkənin dilində danışarkən türkcə kəlmələr işlədir, Şeyx Məhəmməd Rasizədə ərəbcə kəlmələr işlədir, Əlirza isə danışığında rusca sözlər işlədirdi. Anaları onlara həmişə deyirtdi balalarım ananınızın dilində danışın. Bu ailə yaxından tanış olan Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsərəni bu ailənin timsalında yazmışdır.
Daha sonra Bakıda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alarkən Abdulla Şaiqdən, Bəkir Çobanzadədən, Tağı Şahbazi Simurqdan, Rusiyadan dəvət olunmuş görkəmli alimlərdən - B.B.Komarovskidən, M. Makovelskidən, A. Marrdan, Seredinskidən dərs almış, Mikayıl Müşfiqlə tələbə yoldaşı olmuş, Əhməd Cavadla dost olmuşdur.
Ədəbiyyatşünas alim, dosent, “İstiqlal” ordenli “Əməkdar Müəllim” Lətif Hüseynzadə gənc nəslin təlim və tərbiyəsində, xalq maarifimizin inkişafında, yeni, orijinal əsərləri ilə ədəbiyyatımızın zənginləşməsində təqdirəlayiq xidmətlər göstərmiş və onun uzun illər xalq maarifinin inkişafında, gənc nəslin təlim və tərbiyəsində fədakar əməyi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, “Lətif müəllim özü canlı tarixdir” – demiş və dövlət səviyyəsində onun 100 illik yubileyi keçirilmiş, dövlətimizin ən yüksək ordeni ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Rüfət Hüseynzadə belə bir alim-ziyalı ailəsində dünyaya gəlmiş və bu nəslini layiqli təmsilçisi kimi həm özü həm də oğlu Əkrəm Hüseynzadə (Filoloq alim, NDU nun dosenti, sonra yüksək dövlət qulluğinda çalışmış və 2024 – cü ildə dnüyasını dəyşimişdir) davam etdirmişdir.
R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və 1974-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda (əvvəlki adları müxtəlif olmuşdur) əvvəlcə tərbiyə işləri metodkabinetində metodist, 1983-cü ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra pedaqogika kafedrasına müəllim, daha sonra baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildə “Əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar” fakültəsinə dekan vəzifəsinə təyin edilmiş, daha sonra isə institutun bakalavr pilləsində “Pedaqogika və filologiya” fakültəsinə dekan vəzifəsinə seçilmişdir.
R.L.Hüseynzadə 2007-ci ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə elmlər doktorluğu dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsini, 2008-ci ildə isə Professor elmi adı almış. pedaqogika kafedrasına müdir və professor vəzifəsinə təyin olunmuşdur.
2009-cu ilin 07 dekabrında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə R.L.Hüseynzadənin şərəfli elmi - pedaqoji əməyi yüksək qiymətləndirilərək ona Respublikanın “Əməkdar Müəllim”i adı verilmişdir.
2025- ci ildə ADPU-nun “100 illiyi fəxri nişanı” ilə təltif edilmişdir.
2016-2017-ci tədris ilindən AMİ ADPU-ya birləşdirilmiş və R.L. Hüseynzadə ADPU-nun pedaqogika kafedrasının professoru vəzifəsinə seçilmiş və bu günə qədər orada elmi – pedaqoji fəaliyyətini davam etdirməkdədir.
Bir faktı xüsusi olaraq qeyd edək ki, R.Hüseynzadənin bir müəssisədə fasiləsiz olaraq çalışması (Yalnız müxtəlif vaxtlarda müəssisənin adı dəyişilmiş) yarım əsrdən çox edir. Yəqin ki, ADPU – nun ən stajlı əməkdaşı, professoru Rüfət Hüseynzadə hesab edilə bilər.
Rüfət müəllim tələbələrin sevimlisidir.Onun mühazirələri çox maraqlı və məzmunlu keçir. Dərslərində kompüter texnikasından, slaydlardan igeniş istifadə edilir. O daim tələbələrin qayğısına qalır, onları elmi-yaradııcılıq işlərinə həvəsləndirir, bədii- yaradıcılıq işlərinə, mütaliə ilə məşğul oilmağa ruhlandırır. Buna görə də Rüfət müəllimin tələbələri daim müvəffəq qiymətlər alır, yüksək təhsil nəticələri əldə edirlər.
Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsidir ki, bu sahədə bir çox dəyərli əsərlərin müəllifidir.
Onun 20-dən artıq monoqrafiyası, kitab, dərslik, dərs vəsaiti, metodik vəsaiti, 20-dən çox fənn proqramı və 300-dən artıq pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsərləri Respublikamızda, Türkiyədə, Rusiyada nəşr edilmiş bir çox beynəlxalq və respublika konfranslarının, simpoziumların iştirakçısı, bölmə rəhbəri və məruzəçisi olmuşdur.
4 may 2026 cı il tarixində ADPU -nun II tədris binasında Universitet rektorluğunun rəhbərliyi, təşəbbüsü və yüksək təşkilatçılığı ilə Tarix coğrafiya fakültəsinin və Ümumi Pedaqogika kafedrasının birgə fəaliyyəti ilə Prof. Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirin təşkili və keçirilməsində Ümumi pedaqogika kafedrasının xüsusi fəallığını və təşəbbüskarlığını təqdırə layiq hesab edirik.
Tədbirdə ADPU-nun Rektoru prof. Cəfər Cəfərovun təbriki diqqətlə dinlənildi və alqışlandı.Tədbirdə Tarix -coğrafiya fakültəsinin dekanı Asif Axundov yubilyar haqqında geniş məruzə etdi. Sonra ADPU -nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov, ADPU- nun Həmkarlar İttifaqının Sədri Vaqif Əliyev, Ümumi pedaqogika kafedrtasının müdiri, Fəridə xanım Xudiyeva, Magistartura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov, Universitet YAP – nın sədri Sultanəli Qurbanov çıxış etdilər, yubilyarın ünvanına xoş sözlər dedilər və yubilyarı Universitet Rektorluğunun və Həmkarlar İttifaqının “Fəxri Fərman”ı ilə təltif etdilər.
Daha sonra BDU -nun kafedra müdiri prof. Ləzifə Qasımova, ADU- nun Pedaqogika kafedrasının müdiri dos. İranə Məmmədli, həmin kafedranın dosenti Vidadi Bəşirov, Psixologiya kafedrasının müdiri dos. Əzim Əliyev, Yasamal Qadınlar Şurasının sədri, “Carçı” jurnalının baş redaktoru, Gülnarə Əmirquliyeva, AQRA Elmin İnkişaf Fondu İctimai Birliyinin sədri Mirələkbər Seyiidov, ADPU-nun YAP- nın Sədri Sultanəli Qurbanov, ADPU – nun Məktəbəqədər təhsil kafedrtasının müdiri, professor, Müseyib İlyasov, Pedaqogika kafedrasının professoru İramin İsayev, dosenti, Əməkdar Müəllim Heydər Cəfərov, dos Sahilə Orucova, dos. Kəmalə Quliyeva, dos. Şuriyyə Azadəliyeva, dos. Emilya Hüseynova, dos. Fəridə Hüseynova, professor, Məktəbəqədər təhsil fakültəsinin dekanı, Əməkdar Müəllim, professor Şəhla Əliyeva, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, elmlər doktorluğu üzrə dissertant Məhbubə Məmmədova, Tarix muzeyinin elmi işçisi dos. Həbibə Əliyeva, doktorant Xəyalə Ramazanova və başqaları çıxış etdilər, yubilyarın elmi pedaqoji fəaliyyəti haqqında dəyərli sözlər deyərək, onu təbrik etdilər.
Prof. Rüfət Hüseynzadənin 75 illik yubileyini təbrik edir, ona cansalığı və işlərində uğurlar arzulayırlıq.
Prof. R.L.Hüseynzadənin çap olunmuş əsərlərindən bəzi nümunələr aşağıdakılardır:
MONOQRAFİYALAR, DƏRSLİK, DƏRS VƏSAİTİ, METODİK VƏSAİT VƏ KİTABLAR
1. Yer üzünün ən şərəfli peşəsi – müəllimlik.Metodik vəsait. Bakı, Müəllim 2026.
2. Pedaqogika. Dərslik. 2 cilddə Bakı: Mütərcim, 2013.
3. Pedaqogika. Ali məktəb tələbələri üçün dərslik Bakalavr səviyyəsi, Bakı, Mütərcim, 2022
4. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakalavr təhsil ssəviyyıəsi.Dərs vəsaiti Bakı: ADPU, 2021
5. Pedaqoji təcrübə.Metodik kitab. Bakı: Elm və təhsil, 2021
6. Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə. Metodik vəsait. Bakı: Müəllim,- 2022. -532 s.
7. Sevə bilmək. Metodik vəsait. Ankara Türkiyə, 2026
8. Ögretmen-ögrenci ilişgileri.(Monoqrafiya) Türkiye, Adana, 1998
9. Məhəmməd Tağı Sidqi dilimiz və məktəbimiz haqqında. Bakı: Müəllim, 2005.
5. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. (Monoqrafiya), Bakı: Nurlar, nəşriyyatı, 2007.
8. Magistr dissertasiyası.(Metodik vəsait). Bakı, Nurlar, 2009.
9. Tərbiyə işi və onun metodikası. (Dərs vəsaiti) Bakı: ADPU. 2012 .
10. Pedaqogika. Dərslik. 2 cilddə. Bakı: Mütərcim, 2013.
11. Məktəbdə pedaqoji prosesin təşkili. (Metodik vəsait). Bakı: Aktiv, 2013.
12. Педагогика. Учебник. Баку: АГПУ, 2015.
14. Tərbiyə: Hüquqi normativ əsaslar. (Dərs vəsaiti) Bakı: BDU, 2015 və
2022
15. Ailə pedaqogikası. Dəralik. Bakı: ADPU, 2016 .
16. “Müəllim hazırlığının aktual problemləri və modernləşdirilməsi”. Bakı:
Mütərcim, 2015
17. Şərqdə məktəb və pedaqoji fiukir. Dərs vəsaiti. Bakı: Müəllim, 2026.
PROQRAMLAR
1. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, ADPU,2010.
2. Tərbiyə işinin metodikası. Bakı, 2010.
3. Pedaqogika elminin tarixi və metodologiyası(Təhsilin magistratura pilləsi üçün). Bakı, ADPU, 2010
4. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. (Təhsilin Bakalavr pilləsi üçün Proqram) Bakı: ADPU, 2010
5. Pedaqogika. (Təhsilin Bakalavr pilləsi üçün Proqram) Bakı: ADPU, 2010
6. Ali məktəb pedaqogikası. Magistr təhsili üçün Proqram Bakı, Avrasiya 2017
7. Azərbaycan Təhsil Tarixi. Bakalavr təhsil pilləsi üçün proqram. Bakı: ADPU , 2015
8. Tərbiyə prosesinin hüquqi-normativ əsasları. Magistr hazırlığı üçün Proqram. ADPU, 2015
9. Pedaqogika tarixi. Bakalavr təhsil pilləsi üçün proqram. Bakı: ADPU , 2010
10. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakalavr təhsil pilləsi üçün proqram. Bakı: ADPU, 2010
11. “Təşkilat üçün praktik tətbiqlər və ərazi siyasətinin idarə edilməsi” magistr təhsil səviyyəısi üçün. Bakı 2021
12. “Sosial işdə tədqiqat metodları” – magistr təhsil səviyyəsi üçün. Bakı, 2021
13. Sosial pedaqogika – Bakalavr təhsil səviyyısi üçün. Bakı, 2022
14. ”Tədqiqatlar, kommunikasiya, və innovasiya” – Nagistratura təhsil səviyyəsi. Bakı, 2022
15. “Pedaqogikanın tarixi və metodologiyası”. PROQRAM Magistratiura təhsil səviyyəsi üçün. Sahilə Orucova ilə birlıkdə Bakı ADPU, 2021.
16. Sosial işin nəzəriyyəsi və təcrübəsi. Bakalavr səviyyəsi üçün fənn proqramı. Bakı:ADPU, 2026
Məqalələr
1. Oğuznamələr və onların pedaqoji əhəmiyyəti . AMİ-nin Xəbərləri.2007, № 4
2. Mövlana Cəlaləddin Rumi və Mövləvilikdə mənəviyyat aləmi. Bakı Slavyan Universiteti "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. 2008, № 1.
3. Məhəmməd Tağı Sidqinin yeni Əlyazmaları və pedaqoji fikirləri.Azərbaycan Müəllimlər İnstitutunun Xəbərlər”i, 2009, № 2.
4. Yaşlıların təhsilində məktəb və pedaqoji fikir tarixi irsindən istifadə. Bakı Slavyan Universiteti. "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri". jurn. 2009, № 3
5. Zaqafqaziya Müəllimlər Seminariyasının naxçıvanlı məzunları. Azərbaycan məktəbi 2010 № 1.
6. Bektaşilik və Bektaşilikdə mənəviyyat. Bakı Dövlət Universiteti. Dil və ədəbiyyat. Seriyası. Beyəlxalq Elmi –nəzəri jurnal. Bakı, 2010, № .3 (74).
7. Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi H.Z.Tağıyevin Sultana hədiyyəsi. Azərbaycan məktəbi, 2011, № 3
8. M.Ə. Sabirin pedaqoji görüşləri. Azərbaycan dili və ədəbiyyat tədrisi 2011, № 3
9. Gənclərimizin mənəvi tərbiyəsində Heydər Əliyev fenomeni. Bakı Avrasiya Universiteti.Heydər Əliyev və gənclər siyasəti. Heydər Əliyev 90 illik yubileyinə həsr olunmuş respublika Elmi Praktik Konfransı. Bakı, 3 may 2013
10. Heydər Əliyev nəzəri irsində müəllim şəxsiyyəti. “Azərbaycan məktəbi” 2013 № 2.
11. Возможности дистанционного обучения в учебном процессе. Язык и литература . БГУ Баку, 2014, № 2
12. Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiaysı” və səriştəli müəllim kadrları hazırlığı problemi. AMİ. XƏBƏRLƏR. 2014, № 2.
13. Təhsil strategiyası Heydər Əliyev ideyalarının məntiqi davamı kimi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 –ci ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri. VI beynəlxalq elmi konfransın proqramı. Bakı Slavyan Universiteti 5-7 may 2015.
14. Təhsil- tarixi inkişaf prosesində. Təhsilin beşiyi - Naxçıvan, Gəmiqaya. "Azərbaycanda təhsil quruculuğunun prioritetləri: Müasir yanaşmalar. Beynəlxalq elmi konfrans. ARTPİ, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu. Naxçıvan , 5-6 iyun, 2015.
15. Təhsil tarixi inkişaf prosesində. Məktəbəqədər və ibtidai təhsil. 2015 № 4
16. BDU-nun ilk mətbuat orqanı-"Student-jurnalist" qəzeti. BDU. Sosial Elmlər vı psixologiya fakültəsinin 25 illik yubilryinə həsr olunmuş "Çağdaş dövr və sosial elmlərin aktual problemləri" mövzusunda Ümumrespublika elmi-praktik konfransın Materaiallları. 19 dekabr, 2016
17. Görkəmli pedaqoq, həkim və yazıçı - Yanuş Korçak. ADPU. XƏBƏRLƏR. 2017 №1