manera.az
manera.az

Ankarada məktəblilərə Azərbaycan mədəniyyəti təqdim olunur

📅 15.01.2026 09:45

Ankarada məktəblilərə Azərbaycan mədəniyyəti təqdim olunur
Ankara Özəl YÜCE Məktəblərində yanvar ayı Azərbaycana həsr edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə məktəbdə bir aylıq “Azərbaycan Stendi” təşkil olunub.

Mərkəzdən manera.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan mədəniyyətini, tarixini və dilini Türkiyəli şagirdlərə tanıtmaq və təbliğ etməkdir. Məktəbin əsas giriş foyesində yerləşdirilən stenddə milli mədəniyyətimizə aid müxtəlif suvenirlər, milli musiqi alətləri, Azərbaycan nağıllarının qəhrəmanlarının maketləri, oyuncaqlar, xalçalar, kəlağayılar, eləcə də Azərbaycan haqqında ana dilimizdə və Türkiyə türkcəsində nəşr olunmuş kitab və materiallar nümayiş etdirilir.

Ay ərzində məktəbin müxtəlif siniflərinin şagirdləri stendi ziyarət edir, onlara Azərbaycan haqqında ətraflı məlumat verilir. Tədbirin sonunda nümayiş etdirilən nəşrlərin Ankara Özəl YÜCE Məktəbinin kitabxanasına hədiyyə olunması nəzərdə tutulur.

Bu təşəbbüs sayəsində şagirdlər Qafqazın incisi və qardaş ölkə olan Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm tarixi abidələri, özünəməxsus memarlığı, geniş turizm imkanları və əldə etdiyi mühüm nailiyyətlər ilə yaxından tanış olmaq imkanı qazanırlar.









Baxış sayı - 312 | Yüklənmə tarixi: 15.01.2026 09:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031