manera.az
manera.az
“MANERA” adı MAN və ERA sözlərinin birləşməsindən yaranıb və “insan və dövr” anlayışını ifadə edir. Bu ad platformamızın əsas məramını - zamanın insanını, onun düşüncəsini, yaradıcılığını və cəmiyyətlə münasibətini əks etdirir.
Manera.az 2015-ci il 18 aprel tarixində fəaliyyətə başlayıb və həmin tarixdən etibarən fasiləsiz olaraq öz oxucularına xidmət göstərir. Yarandığı gündən bu günə qədər saytımız ədəbi, ictimai və mədəni düşüncənin inkişafına töhfə verməyi, cəmiyyət üçün əhəmiyyət daşıyan mövzuları peşəkar və məsuliyyətli şəkildə işıqlandırmağı əsas məqsəd kimi müəyyənləşdirib.
Saytımızda təhsil, ədəbiyyat, mədəniyyət və sosial sahələrə aid materiallara geniş yer verilir. Bununla yanaşı, klassik ədəbiyyatdan müasir ədəbi nümunələrə, tarixi köklərimizdən milli-mənəvi və dini dəyərlərimizə, adət-ənənələrimizdən etnik münasibətlərə, toponimlərdən musiqi irsinə qədər müxtəlif istiqamətlər üzrə müntəzəm yazılar, araşdırmalar, müsahibələr və publisistik materiallar təqdim olunur.
Manera.az yalnız mövcud mövzuların işıqlandırılması ilə kifayətlənmir, eyni zamanda diqqətdən kənarda qalan, unudulan və az toxunulan sahələri də yenidən gündəmə gətirir. Məqsədimiz sözün, fikrin, anlayışın və hadisənin mahiyyətini daha dərindən açmaq, oxucuya düşündürücü, faydalı və keyfiyyətli məzmun təqdim etməkdir.
Platformamızda müxtəlif layihələr, rubrikalar, müsabiqələr və yaradıcılıq təşəbbüsləri yer alır. Bu istiqamətlər vasitəsilə həm peşəkar müəlliflərin, həm də yeni imzaların yaradıcılığına yer verilir, ədəbi və intellektual mühitin genişlənməsinə dəstək göstərilir.
Biz inanırıq ki, cəmiyyətin inkişafında oxucunun mövqeyi və seçimi həlledici əhəmiyyət daşıyır. Məhz buna görə də fəaliyyətimiz boyunca peşəkarlığı, obyektivliyi, milli-mənəvi dəyərlərə hörməti və ədəbi-estetik meyarları əsas prinsip kimi qoruyuruq.
Peşəkar və yaradıcı heyətdən ibarət kollektivimizlə yanaşı, saytımızda dərc olunan dəyərli yazıların müəlliflərini və materiallarımızı diqqətlə izləyən oxucularımızı da Manera.az ailəsinin əsas yaradıcı üzvləri hesab edirik.
Manera.az sözə dəyər verənlərin, düşüncəyə önəm göstərənlərin, ədəbiyyata, mədəniyyətə və cəmiyyətə məsuliyyətlə yanaşanların ortaq platformasıdır.
*
Təsisçi və baş redaktor: Dr. Şəhla Aslan
Redaktor: Məhəmməd Məmməd
Texniki redaktor: Elmir Elnuroğlu
Admin: Mehdi Soltanlı
*
E-mail: Manera.az@inbox.ru
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031