manera.az
manera.az

"Şəhla Rəvan zirvəsi" kıtabı təqdim olunub

📅 14.05.2026 04:59

"Şəhla Rəvan zirvəsi" kıtabı təqdim olunub

“Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvanın həyat yolu və yaradıcılığına həsr etdiyi "Şəhla Rəvan zirvəsi" adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq sumalarının iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.

Tədbirin aparıcısı, eyni halda kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, ədəbi mühitin görkəmli nümayəndəsi Şəhla xanım Rəvanın ədəbi xidmətləri və uğurları ilə yanaşı, insani keyfiyyətlərindən söz açaraq, onun əsil insan kimi bir şair və əsil şair kimi bir insan olduğunu vurğulayıb, Şəhla Rəvan yaradıcılığına hakim olan insani və mənəvi hisslərdən danışdı. O, həmçinin, səmimiyyət və təvazökarlığın ədəbi mühitin əsas şərtlərindən sayıldığı, ədəbi mühitin gözəlləşməsi və inkişağı üçün hər kəsin həyatda və xüsusilə də ədəbi mühit çərçivəsində özündənrazılıq, mənəm-mənəmlik, təkəbbür və digər bu kimi mənfi xislətlərdən uzaq olmasının bir zərurət olduğunu vurğuladı...



Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, eyni halda Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvləri, "Həməşəra" Fəxri Diplomu laureatları, yazıçı-şairlər: Ustad Zülfi Vellidağ, Ustad Əfrahim Abbas, Mikayıl İnçəçaylı, Asif Həsənli, Sakit Üçtəpəli, Cəlil Ələsgərov, Gülşən xanım Şahmuradlı, Sevinc xanım Şirvanlı, Aydan xanım Nizamiqızı, Arzu xanım Əyyarqızı, Atlaz xanım Rzayi, Qurban Əhməd, Azər Mirzə və Elşən Türksoy, həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan: Əmək zərbəçisi və Əmək veteranı Hacı Paşa Rüstəmov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadə, ziyalı pedaqoqlar Xəlil Fərəməzoğlu, Dadaş Bayramov, Adıgözəl Nuriyev və Xatirə xanım Quliyeva, həmçinin, antiterror əməliyyatlarının iştirakçıları İlkin və Elçin Ələsgərov qardaşları öz çıxışlarında Şəhla Rəvanın Cəlilabad rayonunda elm, təhsil və ədəbiyyat sahələrində xidmətlərindən, həmçinin, xanım-xatınlıq xüsusiyyətlərindən söz açaraq ona və kitab müəllifinə uğurlar arzuladılar.

Tədbirin davamında "Həməşəra" mətbu orqanı tərəfindən rayonun tanınmış ziyalısı Hacı Paşa Rüstəmova 80 illik yubileyi və təhsil sahəsində xidmətləri münasibəti ilə yenicə təsis edilmiş "Dədə Qorqud" Ödülü, tanınmış ədəbiyyatşünas, TYB-nin üzvü, şair Şəhla xanım Rəvana yenicə təsis edilmiş "Ustad Niftalı Göyçəli" Ödülü, Asif Həsənli, Cəlil Ələsgərov, Elşən Türksoy və Aydan Nizamıqızına isə ədəbiyyat və jurnalistika sahələrində ugurları və xidmətlərinə görə "Həməşəra" Fəxri Diplomu və Azərbaycan bayrağı nişanı, həmçinin, Turan Yazarlar Birliyinə yenicə qəbul edilmiş bir neçə şair və yazara TYB-nin üzvülük vəsiqələri təqdim edildi.

Şəhla Rəvan çıxışında haqqında yazılmış "Şəhla Rəvan zirvəsi" adlı kitabın müəllifi fəlsəfə doktoru, yazıçı-publisist İlqar İsmayılzadəyə səmimi minnətdarlığını bildirib, bu addımın onun adı və ədəbi yaradıcılığının ədəbiləşdirilməsinə ən böyük töhfə olduğu, İ.İsmayılzadənin bu əsərlə ona böyük lütfkarlıq göstərdiyini bildirdi. O, həm də Cəlilabad ədəbi mühitinin sayılıb-seçilən dəyərli simaları və ziyalı nümayəndələri ilə bir arada olmaqdan qürur və fəxarət duyduğunu dilə gətirib, ədəbi mühitimizin inkişafa və daha da saflaşmağa doğru hərəkətdə olduğundan sevindiyini bildirdi. Ardınca ədəbi mühitimizin xanım nümayəndəsi Aydan Nizamiqızı anası Şəhla xanımın İlqar İsmayılzadənin doğum gününə həsr etdiyi şeirini səsləndirdi və iştirakçıların alqışı ilə qarşılandı. Bundan əlavə, tədbirdə Şəhla xanımın şəhidlərlə bağlı qələmə aldığı şeirinin bədii qiraətçilər Adıgözəl müəllim Nuriyevlə şair Atlaz xanımın birgə, həm də musiqi fonunda qiraət etməsi tədbir iştirakçılarının böyük alqışı və gözəl təəssüratı ilə nəticələndi.

Tədbirin davamında "Həməşəra" mətbu orqanı tərəfindən rayonun tanınmış ziyalısı Hacı Paşa Rüstəmova 80 illik yubileyi və təhsil sahəsində xidmətləri münasibəti ilə yenicə təsis edilmiş "Dədə Qorqud" Ödülü, tanınmış ədəbiyyatşünas, TYB-nin üzvü, şair Şəhla xanım Rəvana yenicə təsis edilmiş "Ustad Niftalı Göyçəli" Ödülü, Asif Həsənli, Cəlil Ələsgərov, Elşən Türksoy və Aydan Nizamıqızına isə ədəbiyyat və jurnalistika sahələrində ugurları və xidmətlərinə görə "Həməşəra" Fəxri Diplomu və Azərbaycan bayrağı nişanı, həmçinin, Turan Yazarlar Birliyinə yenicə qəbul edilmiş bir neçə şair və yazara TYB-nin üzvülük vəsiqələri təqdim edildi.

Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.


Baxış sayı - 14 | Yüklənmə tarixi: 14.05.2026 04:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031