manera.az
manera.az

Türkiyədə Azərbaycan film günləri başlayır

📅 04.05.2026 06:31



Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilir.

Layihəyə eyni zamanda İzmir və Bursa İl Mədəniyyət və Turizm Müdirlikləri, İzmir Azərbaycan Dərnəyi və Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin dəstək verir.

Layihə çərçivəsində açılış mərasimi və ilk nümayiş 5 may saat 14:00-da Ege Universitetində keçiriləcək.
Yeni Azərbaycan filmi “Nargin: Sona qədər sirli” tamaşaçılara təqdim ediləcək.

“Nargin. Sona qədər sirli” sənədli-dram üslubunda çəkilmiş və Azərbaycan tarixinin mühüm, eyni zamanda az tanınan səhifələrindən birinə həsr olunmuş filmdir.

Film, xüsusilə I Dünya Müharibəsi dövründə Bakı yaxınlığında yerləşən Nargin adasında baş verən hadisələri əks etdirir.
Filmdə Xəzər dənizində, Bakı yaxınlığında yerləşən Nargin adasında saxlanılan Osmanlı əsirlərinin ağır həyat şəraiti təsvir olunur. Eyni zamanda, Azərbaycan türklərinin çətin tarixi şəraitə baxmayaraq türk qardaşlarına yardım etmək üçün göstərdikləri fədakarlıq ön plana çıxarılır və dostluq, qardaşlıq bağlarının ən ağır sınaqlardan belə güclənərək çıxdığı nümayiş etdirilir.

***
7 mayda Bursa Osmangazi Göstəri Mərkəzində Azərbaycan filmi “Buta” nümayiş olunacaq. Həmin gün Uludağ Universitetində kino sevərlərə Azərbaycan retro filmi “Qaynana” təqdim ediləcək.

Bundan əlavə, Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında “Cənnət yuxusu” filminin nümayiş olunacaq.

Layihənin davamı olaraq Mudanya Universitetində “Zəfər Rəqsi” filmi göstəriləcək.

Məhəmməd,
Manera.az


Türkiyədə Azərbaycan film günləri başlayır


Baxış sayı - 57 | Yüklənmə tarixi: 04.05.2026 06:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031