manera.az
manera.az

Ankarada Türk dünyasında milli kimliyin möhkəmləndirilməsi yolları müzakirə edilib

📅 24.04.2026 13:34

Ankarada Türk dünyasında milli kimliyin möhkəmləndirilməsi yolları müzakirə edilib

Aprelin 24-də Ankaradakı Qazi Universitetində “Milli kimlik və soydaş irsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Qazi Universitetinin rektorluğunda keçirilən tədbir Kərkük Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondu və Qazi Universiteti rektorluğunun dəstəyi ilə təşkil olunub.

Diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri, universitetin müəllim və tələbələrinin iştirak etdiyi konfransı açan Kərkük Mədəniyyət Assosiasiyasının rəhbəri, tədqiqatçı jurnalist və yazıçı Şəmsəddin Kuzeci rəhbərlik etdiyi təşkilatın əsas məqsədlərindən birinin mədəni irsi öyrənmək və türk xalqlarının tarixi yaddaşını bərpa etmək olduğunu izah etdi.

Ş. Kuzeci deyib: “Biz tarixən İraq Respublikasında yaşamış türkmənlər arasında mədəni əlaqələri genişləndirməyə və ortaq tarixi ənənələrin, etnik mədəni və mənəvi dəyərlərin qarşılıqlı öyrənilməsinə və təbliğinə töhfə verməyə çalışırıq”. O, diqqəti türkmənlərlə digər türk xalqları, o cümlədən azərbaycanlılar arasında mədəni və tarixi yaxınlığa çəkib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov qeyd edib ki, Azərbaycan Türk dünyasının mərkəzində yerləşən bir ölkə olaraq, qohum xalqlarla əlaqələri daim inkişaf etdirməyə çalışıb. O vurğulayıb ki, Dövlət Komitəsinin fəaliyyət sahələrindən biri də dost xalqların diaspor təşkilatları ilə əlaqələri gücləndirməkdir.

Konfrans müxtəlif ölkələri təmsil edən alimlərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsinin iştirakı ilə panel müzakirələrlə işini davam etdirib.


Baxış sayı - 89 | Yüklənmə tarixi: 24.04.2026 13:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930