manera.az
manera.az

Roy Lixtenşteynin illərlə gizli qaln məşhur əsəri hərraca çıxarılır

📅 30.04.2026 07:42

Roy Lixtenşteynin illərlə gizli qaln məşhur əsəri hərraca çıxarılır
"Pop Art" cərəyanının öncüsü Roy Lixtenşteynin 30 ildən artıqdır gizli qalan məşhur "Anxious Girl" ("Narahat qız") əsəri 18 mayda Nyu-Yorkda Christie's hərrac evində satışa çıxarılacaq.

"Euronews"un verdiyi xəbərə görə, sənətçinin karyerasının ən parlaq dövrünə aid olan bu ikonik tablonun 60 milyon dollara qədər alıcı tapacağı proqnozlaşdırılır.

Xətti roman estetikası və "Ben-Day" nöqtələri ilə işlənən bu əsər, "Girls" seriyasından son 10 ildə hərraca çıxarılan ilk nümunə olması baxımından kolleksiyaçılar üçün nadir fürsət hesab olunur.


Baxış sayı - 304 | Yüklənmə tarixi: 30.04.2026 07:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930