manera.az
manera.az

Abdulla Şaiqin 145 illiyi Azərbaycan Yazıçılar Birliyində qeyd edilib

📅 30.04.2026 07:40

Abdulla Şaiqin 145 illiyi Azərbaycan Yazıçılar Birliyində qeyd edilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir olub.

AYB-dən Manera.az-a bildirilib ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil və digərləri yazıçının çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən - ədəbiyyatşünas alim kimi fəaliyyətindən bəhs ediblər.

Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər xanım Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Tədbir bədii hissə ilə davam edib.


Baxış sayı - 11 | Yüklənmə tarixi: 30.04.2026 07:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930