manera.az
manera.az

Konsert olacaq - GİRİŞ SƏRBƏSTDİR

📅 08.10.2016 11:52

Konsert olacaq - GİRİŞ SƏRBƏSTDİR


Görmə Məhdudiyyətli Olanlara Dəstək Layihəsi keçirilir.

GMO şəxslərin öz bacarıqlarından səmərəli istifadə edə bilməmələri və həmçinin insanlar tərəfindən cəmiyyətdə bacarıqlı şəxslər kimi qəbul edilməmələri onlarda öz güvənin azalması, işsiz qalmaları və ailə problemləri kimi fəsadlar törədir. Bunun da səbəbi onların görmə məhdudiyyətli olmaları, cəmiyyətdəki bəzi sterotiplər və onların cəmiyyətə adaptasiya edilməməsidir.

Layihə Azərbaycanda qabarıq şəkildə cəmiyyəti narahat edən sosial problemlərdən biri – Görmə məhdudiyyəti olanların cəmiyyətə adaptasiyyası və cəmiyyətdə onlara olan streotipləri qırmağa yönəlmişdir. Bu problem günügündən artsa da , cəmiyyətdə bu cür fiziki imkanları məhdud olan şəxslərə qarşı qayğı və diqqət əksinə olaraq azalır. Təəssüf ki ölkəmizdə bu cür layihələrə çox az maraq var və tez – tez həyata keçirilmir. Bu yolda kiçik addım olan layihəmizin daha böyük və uğurlu həyata keçməsi üçün sizlərdən dəstək gözlüyürük .

Konsert : 10 oktyabr 14 : 00 da Bakı Dövlət Universitetində – əsas tədris binasında keçiriləcək.

Giriş sərbəstdir!


Baxış sayı - 1 701 | Yüklənmə tarixi: 08.10.2016 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031